Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, episentri quruda olan on ən böyük zəlzələlərdən biridir" - Kanada alimi
"Bu, episentri quruda olan on ən böyük zəlzələlərdən biridir" - Kanada alimi

Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Viktoriya Universitetinin seysmologiya professoru Edvin Nissen Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, seysmologiya professoru bildirib ki, zəlzələ gecənin ortasında və sərt qışda baş verdiyi üçün "xüsusilə əlverişsiz" olub.

“Türkiyədə baş verən zəlzələlər dünyada indiyə qədər qeydə alınmış episentri quruda olan ən böyük on təkanlar arasında yer alıb. Onları bu qədər dağıdıcı edən Türkiyənin sıx məskunlaşdığı bir bölgədə yerləşməsi və miqyasıdır", - deyə professor Anadolu xəbər agentliyinə bildirib. O, qeyd edib ki, ən güclü zəlzələlər adətən okeanlarda olur.

Nissen xatırladıb ki, təbii fəlakət 1939-cu ildə ölkənin şərqindəki Ərzincan vilayətində 30 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Türkiyə tarixində ən ölümcül hadisə olub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »