Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Kahramanmaraş olan zəlzələlərlə bağlı son vəziyyət
Mərkəzi Kahramanmaraş olan zəlzələlərlə bağlı son vəziyyət

Bazar ertəsi, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki güclü zəlzələ olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəediləsi Agentliyi (AFAD) məlumat verib.

İlk zəlzələ saat 04:17-də Pazarcık rayonunda 7,7 bal gücündə baş verib. Bu zəlzələdən sonra saat 13.24-də daha bir zəlzələ baş verib. Episentri Elbistan rayonu olan zəlzələnin maqnitudası 7,6 bal olub.

Əsrin fəlakəti adlandırılan zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.

Mərkəzləri Pazarcık və Elbistan rayonlarında olan zəlzələlərdən sonra 1891 təkanlar qeydə alınıb.

AFAD-dan verilən son məlumata görə, zəlzələnin 6-cı günündə 10 vilayətdə ümumi can itkisi 20 min 665-ə yüksəlib.

Zəlzələdən zərər çəkmiş vilayətlərdən 80 min 88 nəfər xilas edilib, 92 min 697 nəfər fəlakətdən sağ çıxanlar təxliyə edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »