Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo, Messi, Neymar, Haaland: Merih Demiralın kampaniyasına dəstək artır
Ronaldo, Messi, Neymar, Haaland: Merih Demiralın kampaniyasına dəstək artır

Türkiyədə baş verən zəlzələdən sonra Merih Dəmiralın başlatdığı dəstək kampaniyasında dünyaca məşhur ulduzların töhfəsi artır. Ronaldo, Haaland və Messidən sonra Kilian Mbappe də zəlzələdən zərərçəkənlərə dəstək olub.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Merihə ilk dəstək onun “Yuventus”dakı keçmiş komanda yoldaşı Kriştiano Ronaldodan olub. Portuqaliyalı ulduz Türkiyə üçün təəssüf hiss keçirdiyini bildirib və imzalı formasının satılaraq, zəlzələdən zərərçəkənlərə bağışlanmasını istəyib.

Ronaldodan sonra daha bir dəstək "Yuventus"un və İtaliya Millisinin önəmli oyunçularından olan Bonuççidən gəlib. İtalyan ulduz kampaniyaya imzası olan forma ilə qatılıb. Ronaldo və Bonuççidən sonra argentinalı ulduz Paulo Dibala da kampaniyaya dəstək olmaq istəyib. Argentina xalqının Türkiyədə baş verən zəlzələdən üzüldüyünü deyən Dibala imzalı “Roma” forması ilə dəstək olub.

Merih Dəmiral Ronaldo, Bonucci və Dybala formalarının 5 milyon lirəyə satıldığını və gəlirin “Ahbap” Dərnəyinə köçürüldüyünü açıqlayıb.

Atletiko Madriddən Antuan Qrizmann və Alvaro Morata da Türkiyədəki zəlzələdən zərərçəkənlərə imzalı formalarını göndəriblər.

Merih Demiralın kampaniyasında iştirak edən adlar arasında “Tottenhem Hotspur”un britaniyalı ulduzu Harri Keyn və Dejan Kulusevski də var.

"Mançster Siti"nin hücumçusu Erlinq Haaland İlkay Gündoğan və Əmrə Canın iştirakıyla kampaniyaya dəstək olub.

Kampaniyaya dəstək verənlər arasında "Mançester Siti"nin belçikalı ulduzu Kevin de Bruyne də var.

Futbol tarixinin ən yaxşıları arasında göstərilən PSJ-nin futbolçusu Lionel Messi Hakan Çalhanoğlu və Donnarummanın istəyi ilə kampaniyaya qatılıb. Zəlzələdən zərərçəkənlərə dəstək kampaniyasına "Real Madrid"in futbolçusu Eden Hazard da qoşulub.

Kylian Mbappe Merih Demiralın zəlzələ qurbanlarına dəstək kampaniyasının iştirakçılarından biri olub. PSJ-nin ulduzunun imzalı formasından əldə olunan gəlir zərərçəkənlərə bağışlanacaq.

Kampaniyaya PSJ-nin digər böyük ulduzu Neymar da qoşulub. Dünya çempionatının qalibi olan argentinalı superulduz Türkiyədə baş verən böyük fəlakətə biganə qalmayıb.

Neymar Neymar

Episentri Kahramanmaraş olan və minlərlə insanın həyatını itirməsi ilə nəticələnən zəlzələdə bütün futbolçular zəlzələ qurbanları üçün səfərbər olmağa davam edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »