Fevralın 6-da Türkiyənin Kahramanmaraş və digər 10 vilayətdən 7,8 bal gücündə zəlzələ böyük təlafat və dağıntılarla nəticələndi. Zəlzələ zamanı 13 milyondan çox insanın təsirləndiyi iddia ediir. Son məlumatlara görə isə, 20 mindən çox insan həlak olub. Zəlzələdə həlak olanlardan biri də 12 yaşlı Rüzgar Taşdır.
Bizimyol.info Türkiyə mətbuatına açıqlamasında bildirib ki, zəlzələ zamanı oyaq olan 12 yaşlı Rüzgar Taş şiddətli sarsıntı hiss etdiyi zaman ana-atası və qardaş-bacılarını yuxudan oyandırıb. Rüzgarın 5 qardaşı binadan çıxaraq ərazidən uzaqlaşa biliblər. Rüzgar, anası, atası və böyük bacısı çölə çıxmaq istəyərkən uçan binanın altında qalıblar.
Rüzgarın əmisi və ətrafdakıların köməkliyi ilə ana, ata və bacısı yaralı dağıntılar altından çıxarılıb, Rüzgar isə həlak olub.
"Pilləkənləri 4-dən 5-ə bu qədər tələsik necə endiyimizi bilmədim. Zəlzələ o qədər güclü oldu ki, evin divarlarına yapışdıq. O vaxt Rüzgar "Ana, qorxma, ana dayanacaq, qorxma, ana" dedi. Quş kimi çırpınırdı.Bir əli ilə divardan,bir əli ilə əlimdən tuturdu.Hamımız tələsirdik,nə etdiyimizi bilmirdik”-deyə Rüzgarın anası danışıb.
Atası isə, həmin dəqiqələri belə xatırlayır: “ Sanki partlayış oldu bina dağıdıldı. Gözümü açanda yerin altında qaldım. Hər yer qaranlıq idi, heç nə görmürdüm. Başımdan qan gəlirdi. Bu zaman arvadımın səsi gəldi. “Mən də dağıntılar altındayam” dedi. Sonra qızımın səsi çıxdı. Binanın çıxışında 4 gənc var idi. Onlardan birinin meyiti mənim üzərimdə idi”.
Ana oğlunun səsini heç eşitmədiyini, ərinin qışqıraraq kömək istədiyini deyib.
"Rüzgardan heç bir səs eşitmədim. Əlimə su borusu ilişmişdi, çıxartdım. Başıma şüşə girmişdi çıxartdım. Davamlı telefonum zəng çalırdı. Rüzgarın müəllim idi, amma aça bilmirdim. Sonra qayımın səsini eşitdik. Əvəvlcə qardaşını çıxardı. Sonra məni. Ancaq Rüzgar yox idi” -deyə Rüzgarın anası danışıb.
12 yaşlı Rüzgar ailəsinin həyatını qurtararaq özü dünyasını dəyişob. Anası onu heç bir zaman unutmayacağını deyir və üzərində Rüzgarın məzarından götürdüyü torpağı gəzdirir…
Zəlzələ qurbanlarının sayı durmadan artır. Hətta onların dəfn edilməsi üçün xüsusi ərazilər ayrılıb.
Həmin ərazilər zəlzələ məzarlıqları adlanır…
İlahin, Bizimyol.info






