Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Öncə anamı xilas edin” deyən uşağın anasını xilas etmək mümkün olmadı…
“Öncə anamı xilas edin” deyən uşağın anasını xilas etmək mümkün olmadı…

Kahramanmaraşda baş verən şiddətli zəlzələlərdən sonra 10 vilayətdə böyük dağıntılar olub. Ağır dağıntılar, çökmələr və can itkiləri artsa da, axtarış-xilasetmə işləri davam edir.

Bizimyol.info t24.com.tr xəbər portalına istinadla xəbər verir ki, Kahramanmaraşda bir atanın lentə aldığı video sosial şəbəkədə paylaşılıb. Görüntülərdə dağıntılar altında oğlu ilə danışan atanın oğluna təsəlli verdiyi anlar yaşanıb.

Ata deyir: "Yaxşısan? Oğlum səni görürəm. Səni çox sevirəm. Çıxanda matçımız olacaq, yaxşı?"

Atası ilə danışan uşaq isə, “əvvəlcə anamı çıxar” deyə cavab verib.

Kiçik uşağın xilasedicilərin köməkliyi ilə çıxarıldığı qeyd edilib.

Xatırladaq ki, iki gün əvvəl Kahramanmaraşda 7,4 bal gücündə zəlzələ baş verib. Böyük təlafat və dağıntılar var…

Saatlar keçdikdə, dağıntılar altında qalanların yaşama şansı azalır. Bu saata qədər 8574 ölüb, 49 133 nəfər xəsarət alıb və 6444 bina dağılıb.

Son xəbərlər
Bütün xəbərlər »