Ərazilərində müharibə gedən ukraynalılar da Türkiyəyə yardıma gedib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar sosial şəbəkə hesabında paylaşım edib.
Bir ilə yaxındır ki, Rusiyanın başlatdığı müharibədə xeyli ərazilərini itirmiş, on münlərlə insan itkisi vermiş, yaşayış məskənləri böyük həcmdə dağıntılara məruz qalan və iqtisadiyyatına hədsiz zərər dəyən Ukrayna dövləti də zəlzələdən əziyyət çəkən Türkiyəyə yarıma can atır.
"Təxminən 90 nəfərdən ibarət axtarış-xilasetmə qrupumuz türk xalqının yaralarını sağaltmaq üçün yola düşür. Biz də humanitar yardım göndərməyə davam edəcəyik", - deyə səfir paylaşımında qeyd edib.
Bu iki dövlət arasında dostluğun, qarşılıqlı hörmətin göstəricisidir.
Bizimyol.info
Yaklaşık 90 kişiden oluşan arama kurtarma ekibimiz Türk halkının yaralarını sarmak için yola çıkıyor. Ayrıca insani yardımlar göndermeye de devam ediyoruz. pic.twitter.com/Vwz8iLCCTb
— Vasyl Bodnar (@VasylBodnar) February 7, 2023






