Aydında başınızı hara çevirsəniz, keçmişdən bir iz görəcəksiniz. Cəlbedici mənzərələr gördükcə, şəhərin təbiətinə, mədəni fakturasına heyran olacaqsınız. Yamaclarında Efes dastanlarının danışıldığı bu bənzərsiz mənzərəni görmək üçün Aydını gəzməlisiniz.
"Tanrının yaratdığı səma altında ən gözəl yer" (Herodot)
Bu şəhəri Herodat belə adlandırırmış…
Münasib iqlim şəraiti və münbit torpaqları ilə "Sivilizasiyalar Vadisi" adlandırılan Böyük Menderes hövzəsi tarixin hər dövründə intensiv mədəni inkişafa şahidlik etmişdir. Bu mədəni prosesdə Aydının mühüm yeri var.
Şəhərdə əldə edilən keramik tapıntılara görə, yaşayış yerinin tarixi e.ə. 4500 il əvvələ gedib çıxır. Aydının ilk tarixi məlumatlarına Xet mənbələrində rast gəlinir.
Memarlar və həkimlər şəhəri, yer üzündə ilk notlu musiqilərindən olan "Seikilosun ağısı"-nın şəhəri Tralleis Aydının qədim yaşayış məskənlərindəndir. Bölgədə Tralleis, Afrodisias, Miletos, Alinda, Alabanda, Nysa, Magnesia, Amyzon, Panionion, Neopolis, Mastaura, Antiokya, Gerga, Akharaka, Harpasa, Piginda, Orthosia, Phygela kimi mühüm antik şəhərlər yaradılmışdı.
Aydın müasir şəhər olsa da, mədəni və təbii sərvətləri ilə açıq səma altında muzeyə bənzəyir. Yerləşdiyi yerə görə, tarix boyu bir çox sivilizasiyaları qucaqlamış Aydın şəhəri, keçmişdən günümüzə tarixin izlərini görə biləcəyiniz əhəmiyyətli turizm şəhərlərindən biridir. Möhtəşəm təbiəti ilə dənizinin mədəni və arxeoloji dəyərlərlə harmoniya təşkil etdiyi Aydın, Ege Bölgəsində mütləq görülməli olan unikal turizm şəhəridir.






