Ukrayna Rusiyanın hava hücumlarına qarşı 10 mindən çox əlavə Starlink terminalı almaq üçün İlon Maskın Korporasiyası ilə müqavilə bağlayıb.
Bloomberg xəbər verir ki, bunu baş nazirin müavini və rəqəmsal transformasiya naziri Mixail Fedorov deyib .
"SpaceX və Mask problemlərə tez cavab verir və bizə kömək edir",- deyən Fedorov Mask ilə birbaşa danışdığını da əlavə edib.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, amerikalı iş adamı Ukraynaya dəstəyini davam etdirəcəyinə inandırıb.
"Mən ona mesaj göndərdim və o, dərhal reaksiya verdi və artıq müəyyən addımlar atıb. O, vəziyyəti anlayır",- Fedorov bildirib.
“Bir sıra Avropa İttifaqı ölkələrinin hökumətləri ödənişi bölüşməyə hazırdır”,- deyə o, hansı sponsorlardan danışdığını dəqiqləşdirmədən bildirib: "Hazırda bütün maliyyə məsələləri həll olunub. Peyk rabitəsinə alternativ yoxdur",- deyən Fedorov əlavə edib ki, Ukrayna yazda əlavə maliyyə vəsaiti tapmalıdır.
Emin, Bizimyol.info






