Xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü Taksim meydanına baş vermiş terror hadisəsindən sonra İstiqlal küçəsində partlayışın baş verdiyi yerə baş çəkib.
Bizimyol.info xəbər veririr ki, nazir Çavuşoğlu ziyarət zamanı jurnalistlərin suallarını cavablandıran terrorla mübarizə ilə bağlı açıq mesajlar verib: "Terrorçuları ovlamağa davam edirik, edəcəyik. PKK/YPG-yə qarşı əməliyyatlar davam edir, DEAŞ-a, FETÖ-ya qarşı da mübarizəmiz davam edir", - deyə nazir bildirib.
Jurnalistlərin ABŞ-ın “New York Times” qəzetinin qalmaqallı yazısı ilə bağlı sualına Çavuşoğlu: “ABŞ-da bir qəzetin belə bir başlıq verdiyini gördük. Terrorla mübarizədə hər fürsətdə onların ikiüzlülüyünü də görürük. Onlar ikili standart və ikiüzlülük nümunələri nümayiş etdirməkdə davam edirlər. Biz bunları müşahidə edirik və onların nə demək istədiklərini bilirik. Onlar, turistlərə dolayısı ilə Türkiyəyə getməyin deməyə cəhd edirlər, amma o mənada məqsədlərinə çata bilməyəcəklər", - deyə XİN rəhbəri əlavə edib.
“Hər zaman hüquq və qanundan danışan media orqanlarının bu qanlı terror hücumuna turizm prizmasından baxması ibrətamiz göztəricidir. Onların kim olduqlarının göstəricisidir. Nə desələr də, istədikləri qədər terroru dəstəkləməyə davam etsələr də, biz terrorçuların üzərinə getməyə davam edəcəyik. Türkiyənin əsri başladı və geriyə dönüş olmayacaq. Biz indi həmişəkindən daha çox çalışacağıq”, - deyə nazir bildirib.
ABŞ-ın ən böyük qəzetlərindən biri olan "New York Times" 2-si ağır olmaqla 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı xain hücumla bağlı xəbərə: “Hər il dünyanın müxtəlif ölkələrindən Türkiyəyə gələn on milyonlarla turistin çoxu bazar günü partlayışın baş verdiyi ərazidə vaxt keçirir”, - deyə başlıq verib.
Qəzetin paylaşımına bir çox Türkiyə istifadəçisi reaksiya verib və insanların həyatını itirdiyi acı bir hadisəni bu şəkildə əks etdirməyin "utancverici" olduğunu bildiriblər.
Qadir, Bizimyol.info






