Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evimizdə internet sürətini zəiflədən amillər: bağlantının sürətini necə artıra bilərik...
Evimizdə internet sürətini zəiflədən amillər: bağlantının sürətini necə artıra bilərik...
Xüsusilə evdə internet istifadəçilərinin ən böyük problemlərindən biri də qoşulma sürətinin aşağı olmasıdır. “Wi-Fi” bağlantısı yavaş olan və qoşulma sürətini artırmaq istəyən istifadəçilər nə etməlidir? İnternet bağlantısının sürətini addım-addım artırmaq istəyənlər üçün belə bir araşdırma apardıq.

“Ağıllı ev” ətrafında istifadə etdiyimiz cihazlarla modemdən göndərilən radio siqnallarını birləşdirmək yolu olan “Wi-Fi”, ən çox istifadə edilən texnologiya növüdür. Ağıllı televizorlardan təhlükəsizlik kameralarına və ağıllı qapı zənglərindən rəqəmsal köməkçilərə qədər bir çox qurğunun işləməsi üçün internet bağlantısı lazımdır. Onların bəziləri isə yaxşı işləmək üçün yüksək sürət tələb edir. Lakin bu, müxtəlif səbəblərdən həmişə mümkün olmur. Kibertəhlükəsizlik şirkətləri problemi necə müəyyənləşdirmək və həll etmək barədə öz qiymətləndirmələrini paylaşıblar.

İndi evdən daha çox işlənildiyinə görə, noutbuklar və masaüstü kompüterlərlə problemsiz simsiz əlaqənin olması vacibdir. Bu gün istifadə etdiyimiz “Wi-Fi”-da iki və ya daha çox evdən istifadəçilər qoşula bilir. Eyni zamanda “Wi-Fi” radio siqnalları divarlar, obyektlər və ya qonşular tərəfindən bloklana bilir. “Wi-Fi” özü lazım olduğu kimi işləsə belə, yavaş internet bağlantısına səbəb ola biləcək bir çox başqa amillər var. Buna görə də, ilk addım internet provayderinizin təqdim etdiyi əsas sürəti öyrənmək olmalıdır. Ardınca mövcud Wi-Fi performansı sürət test cihazı ilə yoxlanılmalıdır.

“Wi-Fi” bağlantımızdakı problem nə ola bilər?

Wi-Fi bağlantısında yavaş internet sürətinin ən mühüm səbəbləri aşağıdakılardır:

Modem yeri: cihazınızdan çox uzaqda ola bilər və ya fiziki olaraq bloklanmış ola bilər, yəni simsiz siqnallar ötürülmür.

Modemin yaşı və vəziyyəti: cihazın yenilənməyə ehtiyacı ola bilər və ya performansa təsir edə biləcək köhnəlmiş avadanlıq ola bilər.

Cihazların sayı: ev şəbəkəsi eyni vaxtda qoşulmağa çalışan həddən artıq çox cihazla yüklənə bilər.

İntensiv tətbiqlər: Bu cihazlardan hər hansı biri oyun proqramı kimi xüsusilə diapazon genişliyi tələb edən proqramları işlədirsə, evin qalan hissəsi üçün daha az diapason genişliyi mövcud olacaq və bu, gecikməyə səbəb ola bilər.

Wi-Fi tezlik diapazonları və kanalları: simsiz siqnallar müxtəlif tezlik diapazonlarında və kanallarda işləyir. Qonşularınızın siqnalı ev siqnalınızla eyni kanala köklənibsə, o, ərazinizdəki tutumu keçə bilər. Modeminiz bunu avtomatik etmirsə, siqnal müdaxiləsini azaltmaq üçün keçid etməyə çalışın. 5GHz tezlik diapazonu 2.4GHz spektrindən daha çox “Wi-Fi” kanalı arasından seçim etmək imkanı təklif edir. Birinci ilə əhatə dairəsi daha yaxşı ola bilər, lakin ikinci spektrdə sürət daha yaxşı olacaq.

ISP-nin məhdudlaşdırılması: Bəzi xidmət təminatçıları müştərilərin məlumat istifadəsini aşması və ya həddindən artıq şəbəkə sıxlığı olması halında onların internet sürətini azalda bilər.

Wi-Fi oğruları: bəzən qonşularınızın evində internet sürəti aşağı olması onların “oğurluq” etməsinə səbəbi ola bilər. Onlar parolunuzu təxmin edərək, “Wi-Fi” bağlantınızdan pulsuz istifadə etməyə cəhd edə bilərlər.

VPN-lər: bunlar onlayn məxfiliyi yaxşılaşdırmağa kömək edir, lakin cihazınız və internet arasında əlavə addım atdıqları üçün internet bağlantısının sürətini azalda bilirlər.

Zərərli proqram: cihazlar zərərli kod tərəfindən oğurlanıbsa, bu kod arxa planda işləyə, internet üzərindən digər maşınlarla əlaqə saxlaya və yaddaşdan istifadə edə bilər. Beləliklə, bütün bunlar performansa mənfi təsir göstərə bilər.

Yavaş “Wi-Fi” bağlantısını düzəltmək üçün nə etməliyik?

Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, yavaş “Wi-Fi” bağlantılarını sürətləndirmək üçün bir neçə sadə addım atmaq olar. İnternet sürətinə təsir edib-etmədiyini öyrənmək və “Wi-Fi”-ı sürətləndirmək üçün aşağıdakı addımları bir-bir sınaya bilərsiniz:

- Modemi evin ortasında əlçatan bir yerə qoyun.

- Cari şəbəkə bağlantılarla çox yükləndiyi halda “Wi-Fi” tezlik diapazonunu və ya kanalınızı dəyişdirin.

- Modemi yenidən başladın. Hər hansı mövcud avadanlıq yeniləmələrini quraşdırın.

- Mövcud modeminizi yenisi ilə əvəz edin.

- İnternet provayderinizi dəyişin və ya genişzolaqlı paketinizi təkmilləşdirin.

- Ev şəbəkəsində neçə cihazın işlədiyini yoxlayın və istifadə olunmamış cihazları ayırın.

- Arxa fonda işləyən proqramları və tapşırıqları bağlayın.

- “Windows” güc parametrlərini "yüksək performans" olaraq dəyişdirin.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »