Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal Marketinq Sammiti 2022, Marketinq ustadı Filip Kotlerin "Dayanıqlılıq" adlı açılış nitqi ilə başladı!
Qlobal Marketinq Sammiti 2022, Marketinq ustadı Filip Kotlerin "Dayanıqlılıq" adlı açılış nitqi ilə başladı!

Dünən - 18 oktyabr tarixində "Marketinq Sənayesinin Ən Böyük Görüşü" Qlobal Marketinq Sammiti 2022, Marketinq dünyasının əfsanəvi ustadı Filip Kotlerin "Dayanıqlılıq" adlı açılış nitqi ilə başladı!

Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, marketinq dünyasının ən böyük görüşü sayılan sammit Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğu ilə 18-21 oktyabr 2022-ci il tarixlərində baş tutacaq. Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini  və ilham mənbəyi olan məşhurları bir araya gətirərək “Ulduz Yağmuru” yaşadacaq.

Akbank ve Turkcell şirkətlərinin Baş Sponsorluğunda, Türk Hava Yolları şirkətinin Qızıl Sponsorluğunda və BMW Borusan Otomotiv, Inspark, Unilever, Beymen, Nippon Paint, Şişecam şirkətlərinin Rəsmi Sponsorluğunda, 18-21 oktyabr tarixlərində keçirilən və dünən - 18 oktyabr tarixində başlayan "Global Marketing Summit 2022" tədbirində bu il təşkil olunan 10 sessiyada birbirindən dəyərli 220 spiker iştirak edir.

Sammitin ilk dörd günü onlayn formatda keçiriləcək. Beynəlxalq tədbirin son günündə, oktyabrın 21-də Çırağan Sarayı Kempinski İstanbulda CEO-ların və C səviyyəli Marketinq Liderinin iştirakı ilə üzbəüz "Liderlər Zirvəsi" baş tutacaq.

Türkiyənin aparıcı toplantı və tədbirlər şirkəti olan KREA M.I.C.E. tərəfindən ötən il təşkil olunan Qlobal Marketinq Sammiti 2021 tədbirini 6 qitədən və 143 ölkədən əlli mindən çox insan izləyib. Sammit, indiyə qədər keçirilən ən əhatəli və ən yüksək səviyyəli iştirakın təmin olunduğu beynəlxalq platforma və pandemiya dövründə Türkiyədən dünyaya açılan qlobal brend oldu.

Dünyanın ən mühüm marketinq ustadı Filip Kotler açılış nitqində liderləri, fərdləri və bütün marketinq dünyasını “Davamlı" bir dünya üçün hərəkətə keçməyə dəvət etdi.

Qlobal Marketinq Sammiti 2022-nin "Fəxri Spikeri", 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip Kotler Qlobal Marketinq Sammiti 2022-nin "Fəxri Spikeri", 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip Kotler

Qlobal Marketinq Sammiti 2022-nin "Fəxri Spikeri", keçən il olduğu kimi bu il keçirilən tədbirdə də marketinq dünyasının ustadı, 80-dən çox "bestseller" kitabın müəllifi, Northwestern Universitetinin müəllimi və bütün dövrlərin ən nüfuzlu marketinq ustadı Prof. Dr. Filip Kotler açılış nitqində həm şirkətlərin, həm də fərdlərin "Davamlı" bir dünya üçün hərəkətə keçməyə çağırdı. Hərkəsin bu dünyanı yaşatmaq üçün "daşın altına əlini qoymalı" olduğunu bildirdi.

"Artmaqda davam edən əhali sayı və getdikcə azalan resursları nəzərə alaraq iş üslubumuzu davamlılıq pəncərəsində idarə etmədiyimiz təqdirdə, dünyamız böyük təhlükə ilə üz-üzə qalacaq. Önümüzdəki beş il ərzində davamlılıq arealında hərəkətə keçə bilməyən şirkət və brendlər oyundan kənarda qalacaq" - deyə professor Filip Kotler vurğuladı.

Marketinq 5.0-ı "İnsan üçün Texnologiya" olaraq xarakterizə edən Kotler, Z və Alpha nəsillərinin yüksəlişi ilə marketinqin bir daha dəyişmə vaxtının gəldiyini bildirdi.

"Hazırda ən gənc olan bu iki nəslin əsas maraq və qayğıları iki istiqamətdə hərəkət edir. Birincisi, bəşəriyyət üçün müsbət dəyişiklik yaratmaqdır. İkincisi isə, insan həyatının hər mərhələsində texnologiyanın inkişafının qorumaqdır. Z və Alpha nəsillərinə xidmət etmək istəyən marketinq sənayesi, insanların həyatına dəstək göstərəcək yeni texnologiyaları qəbul etməlidir" - deyən marketinq ustadı qeyd edib ki, Marketinq 5.0, Marketinq 3.0 (insanı mərkəzə alan) və Marketinq 4.0 (texnologiya ilə dəstəklənən) inteqrasiyası olacaq.

“Marketinq 5.0, insan davranışını təqlid edən texnologiyalardan istifadəsi ilə ümumi müştəri təcrübəsi prosesində “dəyər yaratmaq” və bu yaradılmış dəyəri təqdim etmək, eləcə də sintez etmək məqsədi ilə istifadəsi mənasında qəbul edilir. Bu dövr, əslində müştəri transformasiyasının xəritəsini tərtib edilməsi və marketinq texnologiyalarının dəyər qatması ilə marketoloqların performansının artırılacağı sahələri müəyyən etməklə başlayır. Marketinq 5.0-ı tətbiq edən şirkətlər başlanğıcdan etibarən dataya əsaslanan şəkildə hərəkət etməlidirlər. Düzgün məlumat ekosisteminin yaradılması, Marketinq 5.0-ın istifadə sahələrini reallaşdırmaq üçün ilkin şərtdir. Bu ekosistem marketoloqlara daha güclü proqnozlaşdırılan marketinq sistemi qurmağa, hər bir marketinq sərmayəsinin gəlirini hesablamağa və investisiyalarını müvafiq olaraq prioritetləşdirməyə imkan verir. Artırılmış reallıq texnologiyaları ilə müştərilərin potensial davranışlarının simulyasiyası nəticəsində müştərilərlə qarşılıqlı əlaqə üçün qüsursuz interfeys dizayn edilə bilər. Əlbəttə ki, bütün bu tətbiq elementləri bazar dəyişikliklərinə real vaxt rejimində cavab vermək üçün müəssisənin çevikliyini tələb edir” - deyə professor Filip Kotler əlavə edib.

Çıxışının sonunda Sammitin prezidenti, KREA M.I.C.E. Qurucusu və baş direktoru Seda Mızraklı Ferik tərəfindən idarə olunan və canlı yayımda “Marketinq Sektorunun Dünyadakı Ən Nüfuzlu” adı - Kotler, izləyicilərin suallarını cavablandırıb. Professor dünyanın yeni mərhələsində brendlərin “təkcə ürəyə deyil, həm də ruha toxuna bilən” strategiyalar hazırlaması zərurətinin vacibliyini vurğulayıb.

"Marketinq Zirvəsi sahəsində Türkiyədən bir Dünya Markası yaratmaq üçün qarşımıza qoyduğumuz hədəfə inamlı addımlarla irəliləyirik"

KREA M.I.C.E. şirkətinin qurucusu Seda Mızraklı Ferik, Qlobal Marketinq Zirvəsi 2022-ni təşkil etmək üçün ötürülən biliyə, təcrübəyə və fərqli baxış bucağına indi daha çox ehtiyac olduğunu düşünərək yola çıxıldığını qeyd edib.

KREA M.I.C.E. şirkətinin qurucusu Seda Mızraklı Ferik KREA M.I.C.E. şirkətinin qurucusu Seda Mızraklı Ferik

Açılış nitqində, “Marketinq sektorunun ən böyük toplantısı olaraq xarakterizə etdiyimiz Sammitdə 4 gün ərzində marketinq dünyasının əməkdar nümayəndələri qonağımız olacaq və onlarla birlikdə marketinqin gələcəyinə işıq salmağa çalışacağıq” - deyə şirkət rəhbəri əlavə edib.

"Biz dünyada ən aşağı dərəcədə karbon ayaq izi ilə Zirvə Toplantısının təşkilində müvəffəq olduq"

KREA M.I.C.E. şirkətinin qurucusu Seda Mızraklı Ferik, "Global Marketing Summit 2022" tədbirinin 3D virtual reallıq - onlayn formatda da "fiziki" qatılma hissi verdiyini və yayım keyfiyyəti ilə fərq yaratdığını vurğulayıb.

"Bu böyüklükdə təşkil olunan bir sammitin dünyada "ən aşağı karbon ayaq izi" üzrə qeydiyyatları ilə qlobal M.I.C.E. şirkətinın bu sahədə sektorun lider şirkəti olmaqdan xoşbəxt olduğumuzu bildirmək istəyirəm" - deyə şirkət rəhbəri əlavə edib.

Seda Mızraklı Ferik, sammit iştirakçılarına təqdim etdikləri yayımı "ömür boyu" izləmək imkanından da danışıb:

"Hər seansa daha yüksək çıxış imkanı olacaq və eyni zamanda tamaşaçılar şəxsi maraqlarına uyğun olaraq prioritetləşdirə biləcək. Bununla yanaşı, heç bir məlumat itməyəcək və bütün iştirakçılar Sammitin sonunda möhtəşəm bir rəqəmsal arxivə sahib olacaqlar. Sammit iştirakçıları istədikləri zaman sistemə daxil olaraq müxtəlif məzmunları təkrar izləyə biləcəklər".

“Sektorda 19 il fəaliyyət göstərən lider bir brend olaraq böyük əhatəyə malik sammitləri təşkil etməklə hədəfimiz, liderlərdən liderlərə ötürülmüş məlumatları beynəlxalq miqyasda nüfuzu böyük olan daha çox lider vasitəsilə bölüşməkdir. Komanda olaraq xüsusi məzmunlarımızın bəyənilməsi bizə xoşbəxtlik verir. Sammiti izləyən və dəstək olan bütün insanlara və qurumlara sonsuz təşəkkürümüzü bildiririk.

Bilik, paylaşdıqca böyüyür. Ümid edirəm ki, "Global Marketing Summit" tədbirində əldə edilən bilik və təcrübə iş yoldaşlarınız ilə bölüşərsiniz. Bununla da bilik və təcrübə bütün dünyaya yayılar” - deyə KREA M.I.C.E. şirkətinin qurucusu Seda Mızraklı Ferik əlavə edib.

Seda Mızraklı Ferik, "Global Marketing Summit 2022" tədbirində sosial məsuliyyət sahəsi üzrə bu il TOG, Unicef və SKD Türkiye ilə əməkdaşlıq etdiklərini qeyd edib.

“Ulduz Yağmuru” 21 oktyabra qədər davam edəcək...

Dünyaca məşhur həyat və biznes strateqi, filosof, startap sahibi və Ginnes rekordçusu Marek Kaminski, NASA, Texnologiya və İnteqrasiya şöbəsinin rəhbəri, yazıçı Omer Hatamleh, pladis Global şirkətinin Baş Direktoru Salman Amin, dünya şöhrətli Satış Ustadı və Selling To The Point Sales Training and Consultancy şirkətinin prezidenti və təsisçisi Jeffrey Lipsius, Unilever Qlobal Brend və Bərabərlik, Müxtəliflik və İnklüzivlik üzrə Prezidenti Aline Santos, tarix yazarı və naşir Bettany Hughes, Akbank şirkətinin Baş Direktoru Hakan Binbaşgil, Turkcell şirkətinin Baş Direktoru Murat Erkan, Boyner Grup şirkətinin Baş Direktoru və İdarə Heyətinin sədri Cem Boyner, Alvimedica İdarə heyəti Başçısı və Alarko Holdinq İdarə heyəti Üzvü Leyla Alaton, Şişecam şirkətinin Baş Direktoru Görkem Elverici, Dole Sunshine Company Qlobal Marketinq şöbəsinin rəhbəri Rupen Desai, məşhur yazıçı Ahmet Ümit, Clinique Kreatif Rəqəmsal Qlobal Brend vitse-prezidenti Kay Hsu, Mavi şirkətinin Baş Direktoru Cüneyt Yavuz, Doğan Holding İdarə Heyətinin sədri Y.Begümhan Doğan Faralyalı, Mudo İdarə Heyətinin sədri Ömer Taviloğlu, Doğan Holding Baş Direktoru Çağlar Göğüş, Sütaş İdarə Heyətinin üzvü Duygu Yılmaz, Danone Plant Based Dünya üzrə vitse-prezident Gamze Çuhadaroğlu, yazıçı və musiqiçi Kürşat Başar, Afrika Vodacom şirkətinin Brend və Marketinq Kommunikasiya üzrə prezidenti Andisa Ntsubane, UIPath Avropa vitse-prezidenti Tansu Yeğen, Barilla şirkətinin Baş Direktoru Murat Koç, Cisco şirkətinin Baş Direktoru Didem Duru, Institute for Real Growth İnstitutunun təsisçisi Marc De Swaan Arons, Akbank Pərakəndə Bankçılıq və Rəqəmsal Həllər üzrə Baş Direktor müavini Burcu Civelek Yüce, Akbank Brend və Kommunikasiya üzrə Beril Alakoç, Turkcell CMO Alper Ergenekon, UnileverTürkiyə və Yaxın Şərq Ev Baxımı Lideri Ali Fuat Orhonoğlu, Inspark şirkətinin Baş Direktoru Serdar Susuz, BMW Mini BMW Motorrad Baş Direktorunun müavini Can Mete Paker, Betek Boya Marketinq Baş Menecer Köməkçisi Arzu Uludağ, Alarko Rəqəmsal İnkişaf və İnnovasiya Direktoru Tal Garih, Beynəlxalq Koqnitiv Psixoterapiya Dərnəyinin prezidenti Mehmet Z. Sungur,Cerrahpaşa Tibb Fakültəsi Prof. Dr. Burak Doğangün, Uşaq və Gənc Psixiatrı Prof. Dr. Yankı Yazgan, Bahçeşehir Universitetinin müəllimi Prof. Dr. Haluk Gürgen, İTÜ professoru Mikdat Kadıoğlu, İstanbul Bilgi Universitetinin müəllimi və yazıçı Dr. Fatoş Karahasan, Modelyer Arzu Kaprol, Özgür Masur və Zeynep Tosun, aktyor Doğu Demirkol, dizayner Hakan Helvacıoğlu, memar Yeşim Kozanlı, Sistem Capital İdarə Heyətinin sədri Süreyya Ciliv, Meta Global Direktoru İpek Tunca, iqtisadçı Prof. Dr. Emre Alkin, Asley Joy-un təsisçisi Aslı Şen, influencer məzmun prodüseri Rachel Araz Kiresepi, yazıçı və öyrənmə dizayneri Prof. Dr. Uğur Batı, PİO Direktoru Prof. Dr. Gresi Sanje, İki Michelin ulduzlu Şef Fatih Tutak, yazıçı və Yaşam Atölyesi təsisçisi Aret Vartanyan, yazıçı, təlimçi və İnsanaGüven təsisçisi Metin Hara, Chiesi Avrupa Orta Ölçekli Pazarlar regional prezidenti Filiz Balçay, Markam şirkətinin təsisçisi Güven Borça, FutureBright həmtəsisçisi Akan Abdula, Unlearn Akademi şirkətinin təsisçisi Dr. Ecmel Ayral, Amerikan Xəstəxanası Damar Cərrahiyyəsi Klinikası doktoru Prof. Dr. Murat Aksoy, Anti-Aging ve BioKimya mütəxəssisi Dr. Ayşegül Çoruhlu, aktrisa Pelin Karahan, Doğa Rutkay Kamal və Birce Akalay, Dr.Nedim Saban, Qidalanma Mütəxəssisi və Davamlı Həyat Aktivisti Dilara Koçak, Rapman qurucusu Salim Kadıbeşegil, TOG qurucusu İbrahim Betil, Unicef Türkiyə Milli Komitəsinin baş direktoru İnci Haseki, TEV Baş Direktoru Banu Taşkın kimi tanınmış şəxslərin olduğu sammitdə, yerli və xarici məruzəçilər Marketinq 5.0 İnsanlar üçün Marketinq və Davamlı Biznes mövzusunu müzakirə edəcəklər. Sammitdəki bütün dəyərli məruzəçilərinin adlarına globalmarketingsummit.org saytında baxa bilərsiniz.

Sammit, ilk dörd gün ərzində 3D virtual reallıq - onlayn formatda və bununla yanaşı, 21 oktyabr tarixində İstanbul Çırağan Sarayı Kempinskidə liderlərin iştirakı ilə üzbəüz keçiriləcək. Sammitdə Türkiyədə fəaliyyət göstərən dəyərli İcraçı Direktorlar, İdarə Heyətinin sədrləri, rəhbərlik səviyyəsində menecerlər, marketinq sektorunun liderləri, sektorda fəaliyyət göstərən işçilər və iş ortaqları, akademiklər və fikir öndərləri iştirak edəcək. Beynəlxalq çərçivədə baxış, liderlərdən liderlərə ötürülmüş informasiyalar ilə liderlərin uğur hekayələri və gələcək proqnozların bölüşüləcəyi Sammitdə pandemiya dövründə dəyişən iqtisadi, sosial və psixoloji şəraitin marketinqə təsiri qiymətləndiriləcək. Marketinq 5.0, marketinq dünyasının gələcəyi, "yeni normal" olaraq adlandırılan dövrdə əsas uğur faktorları, yeni trendlər, “Lovemark” olmağın yeni qaydaları, “yeni reallıq”da marketinq liderlərinin və agentlik profesionallarının dəyişən rolu, müştərilərin satınalma qərarlarında dəyişikliklər, rəqəmsal gələcəkdə kreativ brend olmaq, metaverse, neyromarketinq korporativ məsuliyyət və davamlılıq kimi bir çox açar rolu oynayan mövzuları əhatə edəcək Sammit çərçivəsində marketinq sektorunun yeni oyun qaydaları müəyyən ediləcək. Birbirindən dəyərli yerli və xarici məruzəçilərin uğurlu brend hekayələrini bölüşəcəkləri və marketinqin gələcəyinə işıq salacaqları Qlobal Marketinq Sammiti, 2022 bütün sektor nümayəndələri tərəfindən həyəcanla gözlənilir.

Sammit çərçivəsində, 21 oktyabr tarixində keçiriləcək "Liderlər Zirvəsi" CMO Circle Meeting toplanışında İstanbul Çırağan Sarayı Kempinskidə liderlər üzbəüz görüşəcək.

Böyük maraq doğuran görüşün biletləri tükənib. Bu mühüm görüşlə sammit, İstanbul şəhərində Anadolu ilə Avropanın qovuşduğu nöqtədə sona çatacaq.

Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.

Orxan Musabəyli, Bizimyol.info

Tədbirin təşkilatçı şirkəti KREA M.I.C.E. haqqında qısa məlumat

2002-ci ildə sektorun veteranı Seda Mızraklı Ferik tərəfindən qurulan KREA; KREA M.I.C.E. (Toplantı, Səyahət, Konqres, Tədbir Menecementi), KREA DIRECT, KREA DIGITAL, KREAHR, KREA Disrupt (Underline Reklam) şirkətləri ilə 360 dərəcə müştəri məmnuniyyəti yaradan və 300-dən çox brendə oflayn və onlayn xidmət göstərən şirkətlər qrupudur. KREA yarandığı gündən bugünə kimi yüzlərlə aparıcı təşkilata 5500-dən çox layihədə xidmət edib. KREA Qrup şirkəti olan KREA M.I.C.E., yerli və beynəlxalq iclas, konqres, konfrans təşkilatçılığı, 500-dən çox tədbir və diler görüşləri, daxili kommunikasiya iclasları, 1000-dən insan üçün korporativ motivasiya tədbirləri, ölkədaxili və beynəlxalq biznes xarakterli səfərlər təşkil edən A Qrupu Səyahət Agentliyi olaraq faəliyyət göstərir.

Pandemiya dövründə bütün tədbirləri rəqəmsal platformaya daşıyan KREA M.I.C.E., 2021-ci ildə yeni bir irəliləyiş etdi və öz brendi ilə beynəlxalq səviyyədə böyük iştirakçı kütləsi cəlb edərək nüfuzlu və yüksək səviyyəli liderlik zirvələri keçirməyə başladı. Çoxsaylı beynəlxalq mükafata layiq görülən KREA M.I.C.E. şirkəti, fəaliyyət göstərdiyi sektorun Oskarları sayılan Ace of M.I.C.E.-də Türkiyənin “Ən Yaxşı Tədbirlərin İdarə Edilməsi və Toplantı Şirkəti” seçildi və 2020 Eventex Global Event Awards-da dünya üzrə birinci oldu.

2021-ci ilin mart ayında Türkiyədə indiyə qədər keçirilən ən böyük insan resursları və liderlik zirvəsi olan "Qlobal HR Zirvəsi 2021"i təşkil etdi və Türkiyədən toplantı sektorunda ilk dünya brendini yaratmağa müvəffəq oldu. Ardınca KREA M.I.C.E. şirkəti, 19-22 oktyabr tarixlərində Türkiyənin toplantı sektorunda marketinq sahəsində ən qlobal, ən əhatəli və ən yüksək səviyyəli beynəlxalq tədbir olan “Qlobal Marketinq Zirvəsi 2021”i təşkil etdi və bu Sammitdə 143 ölkədən 53 min 392 nəfər iştirak etdi. Bu göstəricilər əsasında, Türkiyədə keçirilən ən böyük Marketinq Zirvəsi və bu sahədə Türkiyədən çıxan ilk dünya brendi oldu. KREA M.I.C.E. ötən il 30 mindən çox iş adamının səs vermə mərhələsində iştirak etdiyi və Türkiyənin ən nüfuzlu liderlik mükafatlarından biri olan Qızıl Lider Mükafatları brendinin yaradıcısıdır.

Son xəbərlər
Bütün xəbərlər »