Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan-Türkiyə müharibəsi neçə gün çəkə bilər: "Ordumuzda problemlər var"
Yunanıstan-Türkiyə müharibəsi neçə gün çəkə bilər: "Ordumuzda problemlər var"

Yunanıstan cəbhəsindən gələn açıqlamalarla bir müddətdir Ankara-Afina xəttində gərginlik artır. "Ərdoğanın sözlərini nəzərə almalıyıq" deyən Yunanıstanın keçmiş müdafiə naziri Evangelos Apostolakis müharibə ssenarisini açıqlayıb. Keçmiş nazir Yunanıstan ordusu ilə bağlı da diqqətçəkən açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, bu yaxınlarda Türkiyəni hədəf alan açıqlamalar verən Yunanıstan qəzetləri səhifələrini “müharibə ssenarisi”nə həsr ediblər.

Ölkə mətbuatına danışan Yunanıstanın keçmiş müdafiə naziri Evangelos Apostolakis müharibə ssenarisini açıqlayıb. İştirak etdiyi proqramda Yunanıstan və Türkiyə arasındakı gərginliyi dəyərləndirən Apostolakis, mümkün müharibə ssenarisində qarşıdurmanın ən çox 3-4 gün davam edə biləcəyini qeyd edib.

İki ölkə arasında müharibə olacağı təqdirdə kimin qalib gələcəyini təxmin etməyin mümkün olmadığını vurğulayan sabiq nazir “Müharibə başlayarsa, münaqişənin bütün bölgəyə yayılma ehtimalı var. Bu, nəzarət altına alınmağa çalışılan, lakin idarə oluna bilməyən yanğına bənzəyir. Ordumuz yaxşıdır, lakin mükəmməl deyil, çünki bəzi problemlər var",- deyə bildirib.

Apostolakis “Türklər təzyiq altında bir araya gəlmir, hər şeyi ölçüb-biçərək hərəkət edirlər” sözləri Yunanıstanın bir çox qəzetlərində dərc olunub. Xatırladaq ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ABŞ-da verdiyi bəyanatdan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.

Mitsotakis adını vermədən Türkiyəyə toxunaraq “Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlara dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Sizdən Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın”,- deyə bildirib. Mitsotakis bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.

Yunanıstanın baş nazirin “Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir çox çəkdiyi və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə iki ayrı dövlət, heç kim əsla qəbul etməyəcək” sözləri ayaq üstə alqışlanıb.

Bundan əlavə, Mitsotakis Avropa Xalq Partiyasının 27-ci Konqresi çərçivəsində Rotterdamda keçirilən paneldə də Türkiyə əleyhinə açıqlamalar verib.

Yunanıstan mətbuatının yazdığına görə, Mitsotakis Türkiyəyə toxunaraq “gərginlik dövründə yaşayırıq, tarixdə revizionizmin yeni versiyasına, itirilmiş imperiyalarla bağlı fantaziyalara və beynəlxalq hüquqa uyğun gəlməyən güc nümayişinə dözə bilmərik. Biz suveren hüquqlarımızın pozulmasına razı olmayacağıq. Hazırda NATO-nun cənub-şərq cinahında bizə lazım olan son şey gərginlikdir. Rusiyada kimsə belə bir şeyə çox sevinər”,- deyə bildirib.

Məsələ ondadır ki, Mitsotakis Türkiyəyə gələrkən Ərdoğanla razılaşıb ki, bütün iradları birbaşa zəng edərək özlərinə bildirsinlər. Yəni vasitəçi olmadan birbaşa danışsınlar. Amma az sonra Vaşinqtonda Türkiyənin əleyhinə danışmağa başlayıb. Bundan sonra Ərdoğan verdiyi vədə heç bir ay belə əməl edə bilməyən Mitsotakislə heç vaxt danışmayacağını bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »