Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın 4 saatlıq iclası Yunanıstanda çaxnaşma yaratdı
Ərdoğanın 4 saatlıq iclası Yunanıstanda çaxnaşma yaratdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün canlı yayımda və Yunanıstan məsələsinin də müzakirə edildiyi Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında verdiyi açıqlamalar Afinada narahatlıq yaradıb. Yunanıstan mətbuatı 4 saat davam edən toplantının “yaxşı heç nə vəd etmədiyini” yazıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən axşam CNN Türk, Kanal D-nin canlı yayımında və Yunanıstan məsələsinin də müzakirə olunduğu Milli Təhlükəsizlik Şurasının iclasında verdiyi açıqlamalar Afinada həyəcan yaradıb.

Belə ki, vaş nazir Kiriakos Mitsotakis açıqlamasında Türkiyənin adını çəkmədən bildirib: “Sərhədlərimizin rəngi boz deyil, mavidir (yəni qeyri-müəyyən – red.). Heç kim Yunanıstanın müdafiəsini necə planlaşdıracağını əvvəlcədən mühakimə edə bilməz. Mövcud olmayan düşmənlər yaratmaqla öz ictimai rəyini zəhərləmək cəhdi böyük səhvdir. Yunan xalqı boş sözlərə və hədələrə qulaqlarını bağlayır və yalnız həqiqətin, tarixin səsini eşidir. Tarix göstərir ki, sərhədləri pozanlar cəzalandırılır. 21-ci əsrdə imperiya və qarışıqlıq görüntülərinə yer yoxdur”.

Yunanıstan mətbuatı bu çıxışı “Mitsotakisin Ərdoğana cavabı” kimi təqdim edib.

Digər tərəfdən, Yunanıstan məsələsinin də müzakirə edildiyi MTŞ (Milli Təhlükəsizlik Şurası) iclasının 4 saat davam etməsi Yunanıstan televiziyalarının xəbər bülletenlərində "yaxşı əlamət deyil" kimi şərh edilib. Görüş başa çatdıqdan dərhal sonra Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada “Türkiyənin beynəlxalq hüququ pozmağa və Yunanıstanı müharibə ilə hədələməyə haqqı yoxdur. Yunanıstan Türkiyədən heç nə tələb etmir”,- deyə bildirilir.

Bu arada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən AK Partiya Ümumi Qərargah Təşkilatı Şəhər Toplantıları çərçivəsində getdiyi Dənizlidə mətbuat konfransında çıxış edərək Yunanıstanın beynəlxalq hüquqa zidd olaraq silahsızlaşdırılmış adaların statusunu pozması ilə bağlı "biz bu məsələyə münasibət bildirəcək, tədbirlər görəcəyik. İstər Egeydə, istərsə də Kiprdə öz təhlükəsizliyimizi və Kipr türklərinin təhlükəsizliyini qorumaq üçün lazımi addımları qətiyyətlə atacağıq”,- deyə bildirib.

Onu da qeyd edək ki, Türkiyə-Yunanıstan münasibətlərindəki gərginlik aylardır davam edir. Tərəflərin toqquşması ehrimalı var. Yunanıstanın “Ta Nea” qəzeti 5 mümkün ssenarinin araşdırıldığını bildirərək belə sıralayıb:

1. Meriçdə və ya Egeydə qaçqınlar səbəbindən qaynar hadisə baş verə bilər.

2. Egey səmasında iki ölkənin döyüş təyyarələri arasında qəza baş verə bilər.

3. Balıqçılarla sahil mühafizəsi arasında insident ola bilər.

4. Türkiyə adaları mühasirəyə ala bilərlər.

5. Türkiyə qazma gəmilərini sahədə böhrana səbəb ola biləcək bölgələrə göndərə bilərlər.

Qeyd edək ki, tarixi saziş əsasında silahsızlaşdırılmış adalar hazırda Yunanıstan tərəfindən silahlandırılır. Bu adaların bəziləri İstanbula çox yaxındır və Türkiyə beynıxalq hüququ pozan bu hərəkətlərə dözməyəcəyini dəfələrlə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »