Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriya ilə normallaşma müzakirə edilərkən Dəməşqdən Ankaraya ittiham
Suriya ilə normallaşma müzakirə edilərkən Dəməşqdən Ankaraya ittiham

Türkiyənin Suriyada Bəşər Əsəd administrasiyası ilə dialoq qapısını açıq qoyması ilə bağlı açıqlamalar Dəməşqdə də yaxından izlənilir.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay verdiyi açıqlamada, “Əsədi məğlub edib-etməmək kimi problemimiz yoxdur. Dövlətlər arasında siyasi dialoq və ya diplomatiya kəsilə bilməz”,- deyə bildirib. Bunun ardınca Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Suriya ilə Türkiyə kəşfiyyat təşkilatları arasında təmasların olduğunu və Türkiyənin Suriya ilə dialoq üçün ilkin şərtlərinin olmadığını bildirib.

Bundan əlavə, beynəlxalq xəbər agentliyi Reuters-ə danışan mənbələr MİT sədri Hakan Fidanın Dəməşqdə suriyalı həmkarı Əli Məmlüklə çoxlu görüşlər keçirdiyini bildirib.

Bu proseslər beynəlxalq ictimaiyyət tərəfindən yaxından təqib edilərkən Suriyadan diqqət çəkən yeni bir açıqlama gəlib.

Suriya xarici işlər nazirinin müavini Bəşər Cəfəri Türkiyənin Suriyanın şimalında hərbi varlığını “işğal” kimi qiymətləndirib və Türkiyənin Suriyadakı böhrandan faydalandığını iddia edib. Livan mərkəzli Al Mayadeen televiziyasına danışan Caferi Türkiyə ilə yanaşı, ABŞ və İsrailə qarşı da sərt tənqidlər səsləndirərək "Suriya böyük bədəl ödəyərək terroru məğlub etdi, lakin işğal və iqtisadi müharibə davam edir",- deyə bildirib.

İmperialist qüvvələrin Suriyanın illərdir davam etdirdiyi müqaviməti cəzalandırmaq üçün ölkəni müharibəyə sürüklədiyini deyən Caferi ABŞ-ın Suriya neftini oğurladığını və bunu gizlətmədiyini də əlavə edib.

Türkiyə Rusiya və İranın da daxil olduğu Suriyada həllə doğru Astana prosesində irəliləyiş olmasına baxmayaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövründə Türkiyənin Suriyaya böyük zərər verdiyini iddia edən Bəşər Caferi söyləyib: “Türkiyənin siyasəti Suriyaya və Suriya xalqına böyük zərər verdi”.

Türkiyəni Suriyaya su axınının qarşısını almaqda da günahlandıran Caferi "Fəratdan axan suyun paylaşılması ilə bağlı Türkiyə ilə razılaşmamız var idi, lakin son 10 ildə Türkiyə buna əməl etmədi" deyib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »