Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hamilə qadınların qəbul etdikləri qidalar uşaqların əhvalına təsir edə bilər"
"Hamilə qadınların qəbul etdikləri qidalar uşaqların əhvalına təsir edə bilər"

Böyük Britaniya Durham Universitetində Beyza Üstün tərəfindən aparılan araşdırma, körpələrin ana bətnində dad və qoxu hiss edə bildiyini konkret olaraq sübut edib. Araşdırma zamanı 100 hamilə qadının bətnindəki körpən 4 ölçülü ultrasəs görüntüsü ilə müayinə edilib. Məqsəd ananın yedizdirdiyi qidaların dadına və qoxusuna körpənin necə reaksiya verdiyini görmək olub. Məlum olub ki, körpə hələ ana bətnində döl ikən belə qoxuya və dada reaksiya verir. Belə ki, körpələr kələm daddıqda qaşqabağını tökür, yerkökü daddıqda isə gülümsünür.

Tədqiqat çərçivəsində elm adamları 70 ananı iki qrupa ayıraraq, bu qruplara yerkökü və ya kələmi kapsul şəklində yedirdiblər. Heç bir xüsusi qida qəbul etmədən 30 ana nəzarət qrupuna alınıb. Ana bətnində olan körpələrin ananın yerkökü həzm etdiyi zaman daha “sevincli” üz ifadəsi, kələm həzm edildikdə isə körpələrin daha ağlayan üz ifadəsi göstərdiyi müşahidə edilib. Körpələrin analarının qəbul etdiyi yeməyin dadına reaksiyası da körpələrin iybilmə qabiliyyətinin ana bətnində inkişaf etdiyini göstərirdi. Çünki insanlar bir yeməyin dadını təkcə dadından deyil, həm də həmin yeməyin dadı ilə qoxusunun birləşməsindən hiss edirlər.

Pediatr İlhamə Qurbanova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hamilə qadınların qəbul etdikləri qidalar təkcə onların əhval;na deyil, fiziologiyasına da təsir edir.

“Məhz bu səbəbdən hamilə qadınlara vitaminlərlə zəngin qidalar tövsiyyə edilir. Biz təbii ki, hamilə qadınlara tərəvəzlər və süd məhsulları tövsiyyə edirik. Bu araşdırma haqqında da oxumuşam. Bəli, hamilə qadınların qəbul etdikləri bütün qidalar uşaqların əhvalına təsir edə bilər. Çünki körpə xüsusi bağla anaya bağlı olur. Təkcə yediyi qidalar deyil, hamiləlik dövründə yaaşdığı hadisələr, stress, depresiya, sevindirici hadisələr, ümumiyyətlə nə yaşayırsa, yaşasın, uşağa təsir edir” - deyən həkim hamilə qadınlara hamiləlik dövründə stressdən uzaq yaşamağı tövsiyyə edib. Onun sözlərinə görə, qadınlar hamiləlik dövründə daha həssas davranmalı, yaxşı qidalanmalı və klassik musiqilərə qulaq asmalı, ümumiyyətlə sakit bir həyat sürməyə çalışmalıdılar. Çünki qəbul edilən hər qida, dinlənilən hər musiqi, yaşanılan hər hadisə, eidilən hər səs və görülən hər sima uşağa təsir edir.

“Buna görə də hamilə qadınlara diqqətli olmağı tövsiyyə edirəm. Heç bir şeyə əsəbləşməyin. Ancaq öz körpənizi düşünün”?- deyə pediatr əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »