Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10-cu dəfə keçiriləcək "Brand Week İstanbul" 7-11 noyabr tarixlərində iştirakçılarla görüşəcək
10-cu dəfə keçiriləcək "Brand Week İstanbul" 7-11 noyabr tarixlərində iştirakçılarla görüşəcək

EMEA regionunun ən böyük brend və iş dünyası festivalı olan “Brand Week İstanbul”, bu il “Time to Reset” (Sıfırlama vaxtı) mövzusu ilə yaradıcı dünyanın liderlərini və marketinq sahəsinin peşəkarlarını bir araya gətirəcək.

Bizimyol.info xəbər portalı festivalın media partnyoru olaraq xəbər verir ki, yaradıcı sənayelərə, brendlər dünyasına, həm cəmiyyətə, həm də fərdlərə diqqət yetirən, müxtəlif elm sahələrinin mütəxəssisləri ilə gələcək fikirləri müzakirə edən Brand Week İstanbul 9-10-11 noyabr tarixlərində Zorlu PSM-də baş tutacaq.

Yerli və qlobal adların təqdimatları ilə gələcəyin istiqamətləndirici tendensiyalarını və ruhlandırıcı hekayələrini bir araya gətirəcək festival; panellər, emalatxana təcrübələri, akademik seminarlar, mühazirələr, brend təqdimatları, şəbəkələşmə görüşləri, mükafatlandırma mərasimləri və sərgiləri ilə fərdin, eləcə də cəmiyyətin anlam dünyasına və iqtisadiyyata istiqamət verməyə davam edəcək.

Hər il fərqli bir mövzu ilə mədəniyyət, cəmiyyət və iş dünyasına ev sahibliyi edən tədbir, 10-cu ildə “Time to Reset” mövzusu ilə adından söz etdirəcək. Rəsmi olaraq pandemiya ilə başlayan 21-ci əsrdə iqlim böhranı, rəqəmsallaşma, istehsal və istehlak sahəsində dəyişən modellər və yeni texnologiyalarla birlikdə artan alternativ reallıqlar, bu ilki mövzunun çərçivəsində müzakirə olunacaq.

Hər il olduğu kimi bu il də festivala qlobal səviyyədə tanınan spikerlər qatılacaq. Belə ki, Kvant fizikası professoru Mete Atatüre, kreativ strateq Kev Chesters, bəstələdiyi Hollivud musiqiləri ilə tanınan Pınar Toprak, aktivist sənətkar Laetitia Ky, Dentsu Lab-ın kreativ direktoru Naoki Tanaka, tədqiqatçı Bekir Ağırdır, yazıçı Daniel H. Pink festival iştirakçıları ilə görüşəcək yüzlərlə spikerdən bəziləridir...

Gündəmi formalaşdıran və gələcəyi müəyyən edən mövzular və məruzəçilərlə yanaşı, Felis mükafatları, Lovemarks mükafat mərasimi, Fərq Yaradan Qadınlar, Brand Academy sertifikat proqramı, Brend İkonları yürüyüşü, portfel görüşləri və özəl şəbəkə iclasları kimi ənənəvi tədbirlər keçiriləcək. Bu ilki tədbirə müalicəyə aid bütün metodların müzakirə olunacağı “Time to Heal” mərhələsi də əlavə edilib. “Pharmatopia Əczaçılarının Layihəsi” çərçivəsində bütün innovativ sağlamlıq metodlarının elm işığında müzakirə ediləcəyi “Time to Heal” mərhələsi, müalicə və müalicəyə aid gündəmlərin açıqlanması ilə sektora yeni perspektivlər qatacaq.

7-11 noyabr tarixlərində 10-cu dəfə baş tutacaq “Brand Week İstanbul” haqqında ətraflı məlumatı brandweekistanbul.com saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı EMEA regionunun ən böyük brend və iş dünyası festivalı olan “Brand Week İstanbul” festivalının media partnyorudur.

Son xəbərlər
Bütün xəbərlər »