Dünya tarixini dəyişdirən bir neçə müqavilə var. Bu müqavilələr olmasaydı, dünya tarixi dəyişə bilərdimi?
Öncə onu qeyd edək ki, müqavilə dünyadakı bütün dövlətlərin sülh və əminamanlq içində bir yerdə yaşamasını təmin edən onlarla maddənin yer aldğı sənəddir. Daha ətraflı desək, iki və ya daha çox dövlətin əməkdaşlıq, sülh və ticarət kimi məsələlərdə müəyyən etdiyi prinsip və qaydalara əməl etdiyini təsdiq edən səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş sənəd və ya diplomatik sənəd adlanır.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, müqavilələr adətən müharibə, yəni münaqişə nəticəsində imzalanır. Bu müqavilələr dövlətlərin sərhədlərini, iqtisadiyyatlarını, beynəlxalq münasibətlərini və ittifaqlarını formalaşdıracaq şəkildə imzalanır.
Bu gün isə, oxuculara diplomatiyanın çox mühüm vasitəsi olan, dünya tarixini dəyişdirən və onun taleyinə dərindən təsir edən müqavilələrdən danışacağıq. Dünya tarixini dəyişdirən müqavilələr:
- Tordesillas müqaviləsi (1494)
- Vestfaliya sülhü (1648)
- Paris müqaviləsi (1783)
- Vyana Konqresi (1814-15)
- Versal müqaviləsi (1919)
Braziliyalıların portuqalca danışmasının əsas səbəbi: Tordesillas müqaviləsi (1494)
Tordesillas müqaviləsi məşhur dəniz gücləri olan Portuqaliya və İspaniya arasında qəbul edilib. Onun danışıqları Papa VI tərəfindən aparılıb. Məsuliyyəti Aleksander (Rodrigo Borgia) üzərinə götürüb. Müqavilənin əsas məqsədi Xristofor Kolumbun səyahəti nəticəsində kəşf etdiyi yerlərlə bağlı qızğın mübahisələrə son qoymaq və həll etmək idi.
Əvvəllər Kabo-Verde adalarından 400 km qərbdən keçən xətt müəyyən edilmiş və bu xəttin qərbi İspaniyaya, şərqi isə Portuqaliyaya verilmişdi. Portuqaliya kralının təzyiqlərinə tab gətirə bilməyən Papalıq kəşf edilməmiş Amerika qitəsini və Braziliyanı yenidən müəyyənləşdirərək Braziliya və Afrikanı Portuqaliyaya, Cənubi və Mərkəzi Amerikanı (Braziliya istisna olmaqla) İspaniyaya verdi. Bu səbəbdən Braziliyanın əsas dili portuqal dili oldu.
Portuqaliyanın təzyiqinin səbəbi Avropa ilə Asiya arasında ticarət yoluna sahib olmaq və oradan iqtisadi gəlir əldə etmək idi. Belə oldu, amma bu uzun müddət davam etmədi. İngiltərə və Hollandiya birlikdə Portuqaliyanı sıradan çıxardılar və bu vəziyyəti pozdular. Bu vəziyyətdə İspaniya da boş qalmayaraq, Latın Amerikasında böyük bir imperiya qurdu, mədən sərvətlərindən faydalandı, Filippin və İndoneziyada müstəmləkələr qurdu.
Otuz illik müharibədən sonra: Vestfaliya sülhü (1648)
24 oktyabr 1648-ci ildə Roma İmperiyası ilə Fransa Krallığı arasında Vestfaliya sülhü imzalanıb. Bu sülhün, yəni müqavilənin ən mühüm xüsusiyyəti milli dövlət anlayışının meydana çıxmasıdır. Əvvəllər beynəlxalq görüşlər dini xarakter daşıyırdısa, bu müqavilə sayəsində dövlət müharibə və güc problemlərinin müzakirə olunduğu dünyəvi konfrans mühitinə çevrilib. Bundan əlavə, bu müqavilə Otuz İllik Müharibə adlanan dövrə son qoymuş və tarixçilər tərəfindən müasir dövrün başlanğıcı kimi göstərilmişdir. Müqavilə hökmdarlara (monarxlara) öz xalqının dinini təyin etmək hüququ verdi. Yəni monarx hansı kilsədən idisə, onun xalqı da o kilsəyə mənsub idi.
Amerikanın bugünkü səbəbi: Paris müqaviləsi (1783)
Paris Müqaviləsi 3 sentyabr 1783-cü ildə Böyük Britaniya Krallığı ilə Şimali Amerikadakı On Üç Koloniya arasında Amerika İnqilabına son qoymaq üçün imzalanmışdı. Bu müqavilənin ABŞ üçün xüsusi tarixi əhəmiyyəti var. Bu, Birləşmiş Ştatlardakı ən qədim müqavilədir, çünki Birləşmiş Ştatlar müstəqilliyini əldə etmiş və bu müqavilə ilə rəsmi olaraq yaradılmışdı. Müqavilə bu gün də qüvvədədir. Fransızlar və ispanlar Amerika Birləşmiş Ştatlarının yaranmasının qarşısını almaq istəyirdilər. Amerikalılar və ingilislər əllərindən gələni etdilər və bu müqavilə sayəsində sərhədlərini genişləndirdilər və bugünkü beynəlxalq güc mərkəzinə çevrildilər.
Vyana Konqresi (1814-15)
9 mart 1814-cü ildə Avropa, Böyük Britaniya, Avstriya, Prussiya və Rusiya liderlərinin Napoleon Fransasını məğlub edərək, siyasi coğrafiya və güc balansını nəzərdən keçirmək və düzəltmək üçün öz aralarında ittifaq yaratdılar.
Vyana Konqresi millətlər arasında gələcək münaqişələrin və müharibələrin qarşısını almaq üçün Fransanı və ittifaq üzvlərini bir araya gətirdi. Mərhələlərlə irəliləyən konqresdə Fransa İnqilabından sonra Avropada ortaya çıxan problemlər ətrafında müzakirələr aparıldı. Burada bütün millətlərin nümayəndələri iştirak edirdi. Konqresdə imzalanan bir sıra müqavilələrlə ölkələrin mövqeyi indiki sərhədlərə yaxın şəkildə yenidən formalaşdı. Bu konqres Avropa dövlətlərinin öz problemlərini görüşlər yolu ilə həll etmək cəhdlərinin ilki və nəticəsi idi. Əslində bu cəhdlə Avropada təxminən 100 il (I Dünya Müharibəsinə qədər) müharibə olmayıb. Qurultayın digər mühüm elementi isə uduzan partiyalarla necə davranılması idi. Partiyalar cəza xarakterli davranmaqdan uzaq, siyasi strukturlarının toxunulmazlığı üçün əllərindən gələni etdilər.
Versal müqaviləsi (1919)
Versal müqaviləsi Birinci Dünya Müharibəsindən sonra Qərb müttəfiqləri ilə Almaniya arasında “Ən güclü olan sağ qalır” düşüncəsi var idi. 28 iyun 1919-cu ildə Versal müqaviləsi imzalandı. Bu müqavilə Almaniya üçün o qədər pis idi ki, onunla İkinci Dünya Müharibəsi qaçılmaz idi. Almaniya bütün xaricdəki ərazilərindən imtina etməli oldu. Müqavilə bütün döyüş gəmilərini müttəfiq dövlətlərə verdi və bundan sonra sualtı qayıqlar və təyyarələr istehsal etməsinə mane oldu. Bütün bunlar azmış kimi Almaniyadan “Təmir borcu” adı ilə müharibə təzminatı tələb olunurdu. Belə olan halda Almaniya müharibəni davam etdirə bilmədiyi üçün bu maddələrə baxmayaraq, sülh müqaviləsini qəbul etməli oldu.
1933-cü ildə hakimiyyətə gələn Adolf Hitler Versal müqaviləsinin tətbiq etdiyi hərbi məhdudiyyətlərdən xilas olmağı qarşısına ilk məqsəd qoydu. Zaman keçdikcə, Almaniya gizli şəkildə təşkilatlandı və II Dünya Müharibəsi başladı. Sevr və Lozan müqavilələri ilə, Osmanlı İmperatorluğu parçalandı və Yaxın Şərq üçün çox pis bir dövr başladı. Ermənilər və kürdlər uduzduqlarını anladılar. Ərəblər isə Suriya və İraq kimi sözdə ölkələrdə müstəmləkəçilik altında olduqlarını qəbul etdilər.
Tərcümə: İlahin, Bizimyol.info






