Son zamanlar Türkiyənin Rusiyadan ikinci partiya S-400 alacağına dair iddiaların sürətlə yayılması ilə yeni bir açıqlama gəlib.
Müdafiə sənayesi və texnologiyaları ilə bağlı yayımlar edən ABŞ media təşkilatı Breaking Defence “Türkiyə ötən ay Rusiyadan gələn ikinci patiya S-400-lər üçün müqavilə imzalayıb”,- deyə məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, media qurumuna danışan yüksək rütbəli türkiyəli məmur razılaşma ilə bağlı iddialara cavab verib və bu açıqlamanın beynəlxalq ictimaiyyətə böyük təsir göstərdiyini qeyd edib.
Adını açıqlamayan rəsmi “Türkiyədən hərbi heyətin F-16 almaq üçün Vaşinqtona getdiyi gün Rusiyadan S-400-lərin ikinci partiyasının alınması ilə bağlı verilən açıqlama tədasüfi deyil. Rusiya aranı qarışdırmağı xoşlayır”,- deyə bildirib.
Breaking Defence ilə danışan mənbələr “ölkə iqtisadi böhrandan keçdiyi üçün Ankaranın belə bir alış-veriş etməsi ehtimalı azdır. Hazırda Rusiya Ukraynaya təcavüz etdiyi bir vaxtda heç kim bu məsələni qaldırmaq istəmir. Lakin bu məsələ mütəmadi olaraq yuxarı səviyyələrdə tərəflər arasında müzakirə olunur”,- deyə söyləyiblər.
Bəzi Türkiyə rəsmiləri S-400-lərin alınmasının ABŞ-dan 40 F-16 qırıcısının alınmasının qarşısını ala biləcəyini də dilə gətirib.
Rusiya istehsalı olan S-400-lərin az təsirə malik olduğuna dair iddiaları xatırladan ABŞ media qurumu bu səbəbdən sistemlərin Türkiyənin Fransa və İtaliyanın hava hücumundan müdafiə sistemi təşəbbüsü olan SAMP-T-dən alına biləcəyini bildirib. Bununla belə, rəqəmsal yayım platforması ilə danışan bəzi mənbələr İtaliyanın sənaye casusluğu riski səbəbindən Türkiyəyə satışları yavaşlatdığını bildirib.
Ankaradan olan bir səlahiyyətli “heç kim deyə bilməz ki, Türkiyə növbəti dəfə S-400-ləri almayacaq. Amma bu, hazırda gündəmdə deyil”,- deyə vurğulayıb.
Leyla, Bizimyol.info






