Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yer üzündə həyat 1 milyard ildən sonra sona çatacaq"
"Yer üzündə həyat 1 milyard ildən sonra sona çatacaq"

Bəşəriyyəti narahat edən ən maraqlı mövzularından biri də dünyanın sonunun nə vaxt olacağıdır. Bunu müəyyən etmək üçün böyük tədqiqatlar və işlər görülür. Bu araşdırmaları həyata keçirən ən mühüm qurumlardan biri NASA-dır. NASA bir müddət əvvəl verdiyi açıqlama ilə dünyanın sonunun nə vaxt olacağını bildirib.

Bizimyol.info xəbər portalı xəbər verir ki, dünyanın axırının nə vaxt olacağını düşünərkən insan öz əli onun sonunu gətirib. Müharibələrdən, ekoloji çirklənmədən, eqoizmimizdən sonra dünya yaşayış üçün əlverişli vəziyyətdən çıxmağa başladı.

NASA-nın məlumatına görə, Yer üzündə həyat 1 milyard ildən sonra sona çatacaq. NASA-nın araşdırmasında qeyd edilir ki, Yer günəş şüaları hesabına oksigenlə doyur. Lakin kifayət qədər ləng gedən bu proses gündəlik həyata təsir etmir. Təxminən 1 milyard ildən sonra Yerdəki oksigen yaşayış üçün mümkün olmayan səviyyəyə enəcək. Təbii ki, bu nəticələr uzunmüddətli tədqiqatlara əsaslanır. Araşdırma qrupundan Kazumi Ozaki, hazırladıqları modeli 400.000 dəfə işlətdiklərini deyib. Bu da kiçik rəqəm deyil. Bu o deməkdir ki, bu məlumatlar ciddi məlumatlardır. Ekspertlər hesab edir ki, son zamanlar müşahidə edilən iqlim dəyişiklikləri, müharibələr, ekoloji çirklənmələr çətin ki, Yer kürəsinin daha 1 milyard il yaşamasına imkan versin. Çünki antropogen amillər səbəbilə qlobal istiləşmə, yaşıllıqların məhv edilməsi, çirklənmə, təbiətə süni müdaxilələr və s. proseslər qarşısında planetin sürətlə çökməyə doğru getdiyi hesab edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »