Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Selçuk Bayraktar qayınatası Ərdoğanın hakimiyyətdən getmə ehtimalından danışdı
Selçuk Bayraktar qayınatası Ərdoğanın hakimiyyətdən getmə ehtimalından danışdı

“Bayraktar”ın dünyana necə böyük populyarlığa sahib olması mübahisə mövzusu deyil. Türkiyə şirkəti “Baykar” uğurları bir-birinin ardınca düzür. Burada ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanın siyasi obrazının böyük rol oynadığını deyənlər də var. Prezidentin kürəkəni, “Baykar”ın başqanı Selçuk Bayraktara da bununla bağlı sual verilib. Ondan siyasi hakimiyyətin dəyişəcəyi halda layihələrin taleyi soruşulub.

Bizimyol.info xəbər verir ki, Jurnalist CHP-nin rəhbəri Kemal Kılıçdaroğluna hakimiyyətə gələcəkləri halda “Baykar”ın layihələrini dəstəkləmək məsələsi barədə sual verdiklərini, müsbət cavab aldıqlarını deyib. Selçuk Bayraktar əvvəlcə cavabında xalqdan böyük dəstək gördüklərini bildirib, hələ uzun müddət şirkətin pilotsuz uçuş aparatlarına ehtiyac olacağına əminlik ifadə edib.

“Baykar”ın rəhbəri narahatlıq hiss etmədiyini dilə gətirib. “Rəhmətlik atama, qardaşıma Azərbaycanda medal verdilər. Qardaşıma Ukrayna da medal verdi. “Teknofest”ə 600 mindən çox gənc baş vurub. Siz populyarlığın 65-70 faiz olduğunu deyirsiniz. Halbuki rəqəmlərin daha yüksək olması təəssüratı var”.

Selçuk Bayraktar Selçuk Bayraktar

Amma müsahibənin sonrakı dəqiqələrində Selçuk Bayraktar çətinliklərdən danışıb. Belə anlaşılır ki, hakimiyyət dəyişikliyi “Baykar”ın zərərinə işləyə bilər.

“Bu layihələrlə bağlı mövcud siyasi güc zəifləsə, dünyada ciddi rəqabət və liderlik itkisi riski var. Ən kiçik zəifləmə, fərqli məqsəd və hesablamalarla atılan addımlar bu layihələri məhv etməyə kifayət edər. Sizə bir nümunə deyim. Arxa tərəfdə “Akıncı” var, uçaraq bura gəldi. Onun içində onminlərlə parçanı birləşdirən sistem var. İllərlə bunun üzərində işlədik. Bunu milyonlarla halqadan ibarət zəncir adlandırardım. “Baykar”ın 2700 əməkdaşı bu zənciri ortaya qoyub. Amma bir paz, bir çiv həmin “Akıncı”nın uçmasına əngəl yarada bilər. Əlbəttə, anlayıram ki, bu bir mücadilədir. Mücadiləni qiymətli edən də belə əngəllərdir. Amma elə bu əngəllər olmasaydı, Türkiyə xeyli irəlidə yer alacaqdı”.

Selçuk Bayraktar sonra deyib ki, Ukrayna ilə heç bir dil, din bağlılığı yoxdur, amma həmin ölkədə “Baykar”ın ortaya qoyduğu işi çox yüksək qiymətləndirirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »