Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə buna cavab olaraq bir şey etməli idi" - İsrail mətbuatı
"Türkiyə buna cavab olaraq bir şey etməli idi" - İsrail mətbuatı

Türkiyə və İsrailin diplomatik münasibətləri normallaşdırmaq qərarı İsrail mətbuatında rezonans yaratmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, İsrailin Haaretz qəzeti Türkiyə Prezidenti Rəcəbb Tayyib Ərdoğanın xarici siyasəti və İsraillə yaxınlaşması ilə bağlı maraqlı məqalə dərc edib. Həmin məqalədə "Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə rəğbət qazandırmaq cəhdləri nəticəsində diplomatik əlaqələr yenidən quruldu" şərhi verilib və "bəs bal ayı nə qədər davam edəcək?" sualı qoyulub.

“Haaretz”in həftəlik podkastında danışan Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Türkiyə eksperti Qallia Lindenstrauss Ərdoğanın İsrailə yanaşmasını “zəiflik əlaməti” kimi qiymətləndirib. Tezliklə həm Türkiyədə, həm də İsraildə seçkilərin keçiriləcəyinə işarə edən Lindenstrauss "Ərdoğan ictimai dəstək baxımından hər zamankından daha pis vəziyyətdədir",- deyə bildirib.

Türkiyədəki iqtisadi böhranın Ərdoğana da mənfi təsir göstərdiyini qeyd edən israilli ekspert bu səbəbdən Türkiyənin çıxış yolunu xarici siyasətdə axtardığını, iqtisadi problemlərdən diqqəti xarici siyasət məsələlərinə yönəltməyə çalışdığını, İsraillə yaxınlaşmağın da bir səbəbi olduğunu bildirib.

Türkiyənin son zamanlarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrlə siyasətini normallaşdığını xatırladan Lindenstrauss, "xarici siyasətdə mülayim rəftar daha çox investor cəlb edir" deyə əlavə edib.

Türkiyənin son zamanlar bölgədə tək qaldığını bildirən ekspert, “Yunanıstan, Kipr, Misir, İsrail, BƏƏ və hətta Hindistan kimi dövlətlər tərəfindən Türkiyəyə qarşı qeyri-rəsmi ox quruldu, bütün bu dövlətlər Türkiyənin zəifləməsində maraqlı idilər və Türkiyə buna cavab olaraq bir şey etməli idi”,- deyə sonda qeyd edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »