Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: 2-8 may, 2022 - Bacarığınızı sübut etmək tələb olunmayacaq
Həftənin ulduz falı: 2-8 may, 2022 - Bacarığınızı sübut etmək tələb olunmayacaq

Bizimyol.info qarşıdakı həftə - 2-8 may, 2022 tarixləri üçün ulduz falını təqdim edir:

Bu həftə ulduzlar sizdən bacarığınızı sübut etməyi tələb etməyəcək, əksinə, təbii görünən vəziyyətə qayıtmağı məsləhət görürlər. Bu, əslində hədəflərdən geri çəkilmək deyil, əksinə can atdığınız böyümə istiqamətində bir fasilədir.

Qoç - Bu həftə Qoçlar üçün problemli sahə pulla bağlı olacaq. Pulu düşünmədən xərcləməyin. Heç kimə borc da verməyin. Qəşəng hədiyyələr üçün çoxlu pul xərcləyəcəksiniz, amma ailəniz maliyyə mövzusunda bu hərəkətlərinizi qiymətləndirməyəcək və sonra başa düşəcəksiniz ki, bu qədər dəridən-qabıqdan çıxmaq lazım deyilmiş. Pul hesabı sevir.

Buğa - Nə qədər sakit getsəniz, bir o qədər uzağa gedəcəksiniz. Bunu daha tez-tez xatırlayın və xüsusən də rəhbər şəxslər və qanun nümayəndələri ilə daha az mübahisə edin. Həftə həssas alınacaq – başınızı aşağı salıb onu dinc şəkildə başa vurun.

Əkizlər – Həftə uğurlu alınacaq. Danışıqlar, işgüzar ünsiyyət, sövdələşmələr çox uğurlu olacaq. Əsas odur ki, hər hansı bir sənədi mümkün qədər diqqətlə yoxlamağı unutmayın. Sevgidə də hər şey qaydasında olacaq. İntuisiyanıza güvənin: indi münasibətlərə son qoymaq qərarı versəniz belə, bu, faydalı olacaq.

Xərçəng – Həftə qanqaraldıcı hadisələr gətirə bilər. Əhvalınız aşağı səviyyədə olacaq və ətrafdakı hər kəs bunu mütləq hiss edəcək. Əgər başqalarını incitmək istəmirsinizsə, özünüzü toparlayın və təcili olaraq təmkininizi geri qaytarın. Şənlənməyin bir yolunu axtarın. Başqa yollar da var - əl-qol yelləyib hay-küy salmaqdansa, sakit oturub meditasiya etmək daha yaxşıdır.

Şir - Keçən həftə Şirlər “mənə tərəfdaş lazım deyil, tək işləyirəm” prinsipinə üstünlük verdilər və eyni ruhda hərəkət etməyə davam etmək niyyətindədirlər. Amma bu heç də yaxşı fikir deyil. İşlərinizin öhdəsindən öz gücünüzlə gələ bilsəniz də, köməkdən imtina etməyin və komandanın xeyrinə çalışın, rəhbərliyi dinləyin. Bu sizi uğura daşıyacaq.

Qız – Bu həftə xırdaçılığa meylli olacaqsınız. Məsələn, müqavilədə bir vergül səhvi, şkafın üstündə bir toz zərrəsi, astadan burun altından deyilən bir söz - heç birini qaçırmayacaqsınız. Bəli, bununla hamını bezdirəcəksiniz. Amma bu sizin probleminiz deyil, üstünlüyünüzdür. Bu, təfərrüatları hərtərəfli öyrənmək və onları uyğun şəkildə düzmək bacarığıdır ki, bu həftə sizin əlinizdə güclü silaha çevriləcək.

Tərəzi – Sizin üçün ləzzət günləri, daha dəqiq desək, boş-boşuna divanda uzanma müddəti başa çatır - buna görə də siz artıq qollarınızı çırmalayıb işə başlaya bilərsiniz. Ev işləri xüsusilə xoş olacaq. Şəxsi həyatınız da sizi sevindirəcək - ailədə harmoniya və əmin-amanlıq hökm sürəcək və birgə fəaliyyətlər heç kimi qıcıqlandırmayacaq.

Əqrəb – Həmişəki kimi, münasibətlərdə özünüzü üstün yerdə görmək istəyəcəksiniz. Amma bu münasibətlər sizin üçün əzizdirsə, heç olmasa, özünüzü elə göstərin ki, tərəfdaşınızın da bəzi ümumi qərarlar verməsinə razılaşa və onun təkliflərini qəbul edə bilərsiniz. Özünüzü həe şeyin bilicisi kimi hiss etməyin. Səbrli və səxavətli olun. Nəticə sizi məyus etməyəcək.

Oxatan - Oxatanlar bu həftə düşüncə aydınlığını itirəcəklər: keçmiş münasibətlər onlara indikindən daha yaxşı görünəcək; Oxatan bu məsələnin olduqca vacib bir şey olduğuna qərar verərək açıq-aşkar mənasız alışlara böyük pullar xərcləyə bilər; Bu üzdən də ünsiyyətdə çətinliklər olacaq. Həftənin ilk yarısını təklikdə keçirməyə çalışın, sonra isə həftənin ikinci yarısı şübhəsiz ki, sizi bir yolla sevindirəcək.

Oğlaq – Oğlaqlar üçün də ünsiyyət rəvan getməyəcək: heyrətamiz olsa da, siz qeyri-ciddi həmsöhbət hesab olunacaqsınız. Buna görə də məsləhət görülür ki, ailə həyatına diqqət yetirmək daha yaxşıdır. Birincisi, bu, başqa insanların burnu girməyən bir əhatədir, ikincisi, sevdiklərinizlə birlikdə özünüzü lazımlı və sevilən birisi kimi hiss edəcəksiniz.

Dolça - Dolçalar üçün bütün ən vacib hadisələrin onların ətrafında deyil, özlərinin zehinlərində baş verdiyi dövr gəlir. İndi başqaları ilə ünsiyyət qurmaq sizin üçün çətin olacaq. Bəs niyə özünüzə və başqalarına işgəncə verirsiniz? Özünüzü daha çox dinləyin, nə istədiyinizi aydınlaşdırın ki, başqaları ilə münasibətlərə aydınlıq gəlsin.

Balıq - Balıqlar bu həftə aktiv, ünsiyyətcil və həvəslə dolu olacaqlar. Bir çox işlər asanlıqla alınacaq. Məsələn, yeni bir münasibətə başlayırsınız? Asanlıqla baş tutacaq. Alış-verişə gedirsiniz? Asanlıqla uğurlu alışlar edəcəksiniz. Amma artan impulsivliyinizi cilovlamağa və ya onu dinc istiqamətə yönəltməyə çalışın ki, sonradan əsəbləşməyəsiniz.

Son xəbərlər
Bütün xəbərlər »