Türkitə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 20-23-də Konqo Demokratik Respublikası, Seneqala və Qvineya-Bisauya səfər edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumatda bildirilir ki, Prezident Ərdoğanın səfərləri çərçivəsində reallaşacaq rəsmi görüşlərdə ikitərəfli əlaqələr bütün aspektlərdə müzakirə olunacaq, Türkiyə ilə bu ölkələr arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Prezident Ərdoğan Dakar səfəri zamanı Seneqal Prezidenti Macky Sall və dəvət edilən digər ölkələrin prezidentləri ilə birlikdə türk şirkəti tərəfindən inşa edilən 50 min yerlik Dakar Olimpiya Stadionunun açılış mərasimində iştirak edəcək.
Bu çərçivədə Ərdoğanın iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşləri də planlaşdırılır. Səfər münasibəti ilə Dakar səfirliyinin yeni binasının rəsmi açılışını prezident Ərdoğan edəcək.
Ərdoğanın Qvineya Bisauya səfəri Türkiyədən bu ölkəyə prezidentlər səviyyəsində ilk rəsmi səfər olacaq.
Qeyd edək ki, bu yaxınlarda "omikron"a yoluxan, müalicə olunaraq sağalan Əminə xanımın Prezidenti müşayət edəcəyi barə məlumat verilməyib.
Bizimyol.info






