Bürclər insanların xarakterləri haqqında az da olsa, məlumat verir. Bəs tənha olmağımızın bürcümüzlə əlaqəsi varmı? Heç bunu düşündünüzmü? Məsələn, bir Qız bürcü bacarıqlı, çalışqan, zəhmətkeş olduğu halda niyə tənhadır? Və ya bir Əqrəb bu qədər cazibədar olduğu halda niyə diqqətdən kənardadır?
Tənhalıq insanların ən son hər şeydən bezdikləri zaman, ya da əllərində olmayan səbəblərdən düşdükləri vəziyyətdir. Bəli, tənhalıq bir vəziyyətdir. Bu vəziyyətə düşməyimizdə səbəb isə, xarakterimizlə əlaqəli ola bilər.
Qoç - Qoç bürcü, ilk və lider bürcdür. Amma çox zaman o da tənhadır. Liderlik xüsusiyyətləri olan Qoçlar tənhalığa nifrət etsə də, bəzən bu vəziyyətdən çıxa bilmirlər. Çox tələbkar olduqları və hər şeyə reaksiya verdikləri üçün Qoçlar tənhadır.
Buğa - Buğa sabit xarakterli biridir. Onun sərhədlərini tapdalamasanız, hər zaman onun yanında ola bilərsiniz. Ətrafında çox insan olsa da, əsəb, sinir və aqressiya Buğaların tənha olmasına səbəb ola bilər. Buğalar tənhalığı sevir, yəni düşünmə ki, onu tənha buraxsam, ölər.
Əkizlər - Əkizlər bürcü çox sosial biridir. Onun tənha olması isə mümkünsüzdür. Əkizlər şirin dilli, xoş söhbətli olurlar. Bu bürcün nümayəndəsi, yalnız özü tənha qalmaq istədiyi zaman tənha qala bilər.
Xərçəng - Xərçəngin tənha olmasının səbəbi danışmaq, həyatında olmasını istədiyi insanı səhv yerdə axtarması ilə əlaqəlidir. Hər zaman möhtacdır, Xərçəng. Bu möhtaclıq hissi insanları ondan uzaqlaşdırır. Yaxın saydığı adamları başını söykəyib ağlamaq üçün divar kimi görür, o üzdən də çoxları ondan qaçır. Bu xasiyyətini buraxsa, həyatında günəş doğar.
Şir - Şir bürcü təkdirsə, onu tək buraxmalısınız. Özlərini yaxşı tanıdıqları üçün nə zaman tənha qalacaqlarına da özləri qərar verə bilir. Şir bürcü əziyyət çəkirsə, həyatında nəyisə qaydasına qoymağa çalışır. Bu vəziyyətdə tənha qalmaqları məsləhətdir.
Qız - Həyatı özünə zindan etməkdən zövq alır, Qız. Tənhalıq onlar üçün ruhi gərginlik qaynağıdır. Bununla yaşamaqdan zövq aldıqları üçün çox zaman tənhalığa üstünlük verər, bunu dəyişdirmək üçün heç nə etməzlər.
Tərəzi - Mübahisələri sevməyən Tərəzilər bir problem yaşayacağını düşündüyü zaman olduğu yerdən uzaqlaşar. Ətrafında olan insanların xoşuna gəlməsə də, Tərəzi üçün bunun önəmi yoxdur. Bəzən Tərəzi ilə münasibətlərdə mübahisə dönüş nöqtəsi ola bilər və bununla da tənhalığı seçər.
Əqrəb - Olduqca özünə qapalı olan Əqrəb bürcü üçün tənhalıq bir ehtiyacdır. Tənha olmağı seçdikləri zaman sosial həyatdan uzaqlaşırlar. Ancaq sonra möhtəşəm bir enerji ilə geriyə dönüş də var.
Oxatan - Oxatan üçün tənhalıq bir seçimdir. Azadlığını sevdiyi üçün ürəyi necə istəsə, elə də hərəkət edir. Çox möhkəm dostluqlar və qeyri-adi münasibətlər onlar üçün deyil.
Oğlaq - Həddən artıq işgüzar olan Oğlaq bürcünün elə tənhalığının səbəbi də budur. 24 saat işləsə, səsi çıxmaz. Əksinə, bu vəziyyətə sevinərlər. Hər zaman işdən danışdıqları üçün insalar onlardan uzaqlaşar.
Dolça - Dolçalar ətrafındakı insanlarla dərhal ünsiyyət qurmaq istəməz. Səhvlərə və haqsızlığa dözümsüzdürlər. Buna görə də tez-tez tənha qalırlar. Dostluğa önəm verirlər. Dost olmaq üçün isə onları tanımaq lazımdır.
Balıq - Balıqlar sosiallaşmağı yaxşı bacarır. Buna görə də onları tənha görmək mümkün deyil. Xəyal dünyası güclü olan Balığın ətrafında yüzlərlə insan olsa belə, o istəmədiyi təqdirdə tənha qalmağı bacaracaq.
İlahin, Bizimyol.info






