Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri ilə bağlı hazırlıqlar gedir. Bu səfər zamanı Türkiyə Prezidentinin həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır. Dövlət başçıları ikitərəfli münasibətlərin əsas məsələlərini müzakirə edəcəklər. Həm də, Suriya və digər regional münaqişələr barədə fikir mübadiləsi edəcəklər", - deyə Peskov bildirib.






