Məmləkət Partiyasının lideri Müharrəm İncə 5 ay həbs cəzasına məhkum edilib.
Bizimyol.info "haberglobal"a istinadən xəbər verir ki, bu barədə partiya sədri M.İncə öz sosial media hesabında paylaşım edib.
"Silivridəki sui -qəsd işlərində qanunsuzluğa müqavimət göstərdiyim üçün bu gün 5 ay həbs cəzasına məhkum edildim. Mənə 5 ay deyil, 500 il versən də, FETÖ -yə və sənə müqavimət göstərəcəyik", -deyə partiya başqanı qeyd edib.






