Elazığın Kumlutarla kəndində quraqlıq səbəbiylə bənd suları 150 metr geri çəkilib.
Bizimyol.info xəbər verir ki, geri çəkilən sularla birlikdə 75 illik bir kənd məktəbi ortaya çıxıb. Kəndlilər bildirdilər ki, sular 100 metr daha çəkilərsə, su basmış kənd də üzə çıxacaq.
Yerli sakinlərdən məktəbini görəndə duyğu dolu anlar yaşadıqlarını dilə gətirib. O bildirib ki, bu məktəb 1945 -ci ildə inşa edilib.
“İki kəndin ortasında tikilmiş məktəb idi, bütün uşaqlar burada oxuyurdu. Mən də burda oxmuşam. Məktəbimiz çox gözəl idi. Daşdan, betondan tikilmişdi. Zaman keçdikcə su altında qaldı. İndi isə zaman-zaman, su çəkildikdə üzə çıxır ”,-deyə kənd sakini bildirib.
Hazırladı:Leyla






