İstanbula aksiya üçün gələn “Rodi Çevlik” kod adlı PKK terrorçusu saxlanılıb.
Bizimyol.info xəbər verir ki, terrorçunun hərəkətə keçmək üçün İstanbula gəldiyi bildirilir.
Həmin terrorçu 9 oktyabr 2014 -cü il tarixində Bingöl Çevik Qüvvələrinə məxsus zirehli maşına qarşı hazırlanmış sui qəsddə iştirak edən, 9 polis əməkdaşının qatili olan dəstə üzvlərindən biridir.
O, uzun zamandır ki, türk kəşfiyyat bölmələrinin nəzarətində idi və terrorçular siyahısında narıncı rəngli kateqoriyada axtarıldı.
Polisin təqibi nəticəsində terrorçu Gürdeğir və təşkilata maddi-texniki dəstək verdiyi düşünülən şübhəli qadın Derman B, dünən səhər saatlarında keçirilən əməliyyat nəticəsində saxlanılıb.
İstanbul Terrorla Mübarizə Şöbəsində nəzarətə alınan iki şübhəlinin məhkəməsi davam edir.
Hazırladı:Leyla






