Türkiyənin Muğla vilayətinin Datça bölgəsində zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar İdarəolunması Agentliyindən (AFAD) verilən məlumata görə, Egey dənizi sahillərində qeydə alınan zəlzələ 4,2 bal gücündə olub.
Məlumata əsasən, zəlzələ yerli yaxtla saat 16: 21 -də baş verib.
Zəlzələnin episentri Datçadan 35,21 kilometr məsafədə, 5.25 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.






