Türkiyənin Van şəhərində zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata görə, Saray bölgəsində baş vermiş zəlzələ yerli vaxtla saat 09:54-də qeydə alınıb.
Yeraltı təkan Rixter şkalası ilə 3,5 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 8,75 kilometr dərinliyində yerləşib.
Fəsadlar barədə məlumat verilməyib.






