Türkiyədə təbii fəlakət nəticəsində ölənlərin sayı 72 nəfər çatıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə hökumətinin fövqəladə hallar idarəsi məlumat yayıb.
"Daşqın 72 vətəndaşımız (Kastamonuda 60, Sinopda 11, Bartında bir nəfər) həyatını itirdi", - nazirliyin açıqlamasında deyilir.
Daha 8 nəfərin xəstəxanalarda müalicə aldığı bildirilir.






