Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bu gün koronavirusdan 145 nəfər ölüb
Türkiyədə bu gün koronavirusdan 145 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 284 947 nəfər test edilib, onların 19 949-nun koronavirus testi pozitiv nəticə verib,15 364 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci (43 877 460), ikinci (32 91 994) və üçüncü (6 556 728) mərhələ daxil 83 126 182 peyvənd tətbiq edilib.

Son xəbərlər
Bütün xəbərlər »