Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 14 avqustda Türkiyənin cənub-şərqində qəzaya uğramış "Be-200" yanğınsöndürən təyyarəsinin qəzasında ölənləri dövlət mükafatlarına təqdim etməyi tapşırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinə istinadən RİA Novosti məlumat yayıb.
Amfibiya təyyarəsinin göyərtədə 5 rus hərbçisinin olduğu bildirilib.
"Prezident Müdafiə Nazirinə Rusiya həbçilərinə ölümündən sonra dövlət mükafatlarına təqdim etməyi tapşırıb", - deyə prezidentin mətbuat xidməti bildirib.
Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da teleqram göndərərək Türkiyə vətəndaşlarının təyyarə qəzasında həlak olması ilə əlaqədar başsağlığı verib. Putin rus və türk mütəxəssislərin ökləni cənginə almış təbii fəlakətlə birlikdə mübarizə apardıqlarını vurğulayıb və Rusiya Prezidenti ölən türk vətəndaşların yaxınlarına başsağlı diləklərini çatdırmağı xahiş edib.






