Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Kərimli: "Əgər Türkiyənin prezidenti cəsarətli Ərdoğan olmasaydı..." - Video
Əli Kərimli: "Əgər Türkiyənin prezidenti cəsarətli Ərdoğan olmasaydı..." - Video

Yazıçı-publisist Kəramət Böyükçölə müsahibəsində AXCP sədri Əli Kərimli 44 günlük müharibədə Türkiyənin Azərbaycana dəstəyinə toxunmuşdu.

O demişdi ki, Əbülfəz Elçibəyin Türkiyənin prezidenti Süleyman Dəmirəldən iki helikopter istəmişdi, Türkiyə prezidenti verməmişdi. Onun fikrincə, indi Türkiyəyə cəsarətli Ərdoğan rəhbərlik etməsəydi, yenə Azərbaycana dəstək verilməyəcəkdi. YAP Gənclər Birliyi feysbukda paylaşım edərək Əli Kərimlini Azərbaycan-Türkiyə qardaşlığına şübhə ilə yanaşdığını iddia edib. Əli Kərimli: "Türkiyə ilə biz həmişə qardaşıq" desə də, YAP GB-in paylaşdığı statusda və şərhlərdə partiya sədri Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdində, "Füzulinin və Ağdamın işğalda qalmasını istəmək"də və sair ittiham edilib.

Son xəbərlər
Bütün xəbərlər »