Naməlum səbəbdən İstanbul şəhərinin Sultangazi rayonundakı meşədə saat 11:00 radələrində yanğın baş verib.
Bizimyol.info xəbər verir ki, "haberglobal"ın verdiyi məlumata görə, dafol olan məlumata görə, hadisə yerinə çox sayda yanğınsöndürən göndərildi.
İlk olaraq meşəyə nəzarət edən polislər yanğınsöndürən balonlarla yanğına müdaxilə ediblər. Daha sonra bir vertolyot havadan su tökərək söndürmə-soyutma işlərinə dəstək verib.
Yanğın qısa müddətdə söndürülüb. Polis yanğının səbəbini öyrənmək məqsədi ilə meşənin içərisində və ətrafında geniş miqyaslı axtarışa başlayıb.






