Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı artıb
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı artıb

Türkiyənin Qərbi Qara dəniz bölgəsində 2 gün əvvəl şiddətli yağışların yağdığı Kastamonu, Sinop və Bartında yaşanan sel fəlakətinin acı nəticələri artır.

Bizimyol.info "haberglobal"a istinadən xəbər verir ki, bölgədə insan itkisinin qarşısını almaq üçün təxliyə işləri sürətləndirilib, itkin düşən vətəndaşların axtarışı davam edir.

Türkiyənin Fövqəladə Hallar İdarəolunması Agentliyindən (AFAD) verilən son məlumata görə, sel səbəbilə Kastamonuda 34, Sinopda 6 nəfər dünyasını dəyişib, 9 nəfər isə müalicə olunur.

Son xəbərlər
Bütün xəbərlər »