Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməniləri beynəlxalq məhkəmələrdə ifşa etmək üçün tutarlı presedent - Video
Erməniləri beynəlxalq məhkəmələrdə ifşa etmək üçün tutarlı presedent - Video

Laçın Azərbaycanın ən yüksəkdə yerləşən, elə adı kimi Laçın yuvası bir rayonumuz idi.

Ermənilərin ilk təzyiqinə və işğalına da Ermənistanla sərhəddə yerləşən bu rayonun əhalisi məruz qaldı. İllər sonra Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov və bir qrup Kamallı kənd sakini işğaldan azad edilmiş doğma yurd yuvalarına ayaq basırlar.

“Bizi köçürmək üçün qorxu yaradır, şaiyələr buraxırdılar. Hətta, atom silahının atılacağını da demişdilər. Məhv olmayaq deyə çıxmalı olduq yurdumuzdan. Əhdim var idi, ayaqyalın, dizin dizin qədəm basım torpağıma. Əhdim yerinə yetdi, şükür olsun Allaha”,- deyir ağsaqqal Çıraqov.

2016-ci ildə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qaçqın və məcburi köçkünlərin işi üzrə verdiyi bir qərar bu gün bizim üçün güclü bir presedent xarakteri daşıyır. İzləyəcəyiniz bu film də məhz bu barədədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »