Bir neçə gün əvvəl Bursanın Yıldırım bölgəsində baş verən hadisə oxuyucuları çox sarsıtmışdı.
Xəbərdə 45 yaşlı fabrik işçisinin, evlərinin qarşısındakı yolda oynayan 5 yaşlı qız uşağını özü ilə apararaq, başqa bir küçədə öpməyə başlamasından bəhs edilirdi. Qeyd olunurdu ki, bunu bilən məhəllə sakinləri şübhəlini tutaraq döyüblər. Sonra isə polisə təslim ediblər.
Hətta şübhəlinin qızı qaçırdığı anlar təhlükəsizlik kameralarına anbaan əks olunmuşdu.
Bu hadisənin üstündən bir müddət keçməsinə baxmayaraq, hələ də şübhəlinin yaxınları balaca qızın ailəsini və məhəllə sakinlərini narahat etməkdə davam edirlər. Belə ki, şübhəlinin ailəsi məhəlləyə gələrək təhlükəsizlik kameralarındakı görüntüləri polis bölməsinə təhvil verən ailəni təhdid edir, şikayəti geri götürmələri üçün balaca qızın ailəsinə pul təklifi edirlər.
Qonşular və balaca qızın ailəsi isə bu məsələni axıra qədər aparacaqlarını, belə hadisələrin başqa körpələrin başına gəlməməsi, günahkarın cəzasını alması üçün əllərindən gələni edəcəklərini bildirirlər.
Leyla






