Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil 25 metr dərinliyindəki quyuya düşdü
Avtomobil 25 metr dərinliyindəki quyuya düşdü

İzmirin Balçova istiqamətində dəhşətli avtomobil qəzası baş verib.

Bizimyol.info xəbər verir ki, sükanın hakimiyyətini itirən sürücü avtomobili 25 metr dərinliyində olan metro inşaatının şaxtasına aşırıb.

Tikintidə çalışan fəhlələr qəzanı görərək, hadisə yerinə polis və təcili yardım çağırıblar. Bölgəyə çatan xilasetmə qrupları 25 metr dərinliyində olan şaxtaya enərək, maşının içərisindəki insanları çıxarmağa çıxardıblar.

Nəticədə maşından 2 nəfər Finlandiya vətəndaşı çıxarılaraq, xəstəxanaya yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digərinin isə vəziyyəti ağır olaraq qalır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »