Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi məlumat yalan çıxdı, “gəlincik” deyilən körpə canlı uşaq imiş - Video
Rəsmi məlumat yalan çıxdı, “gəlincik” deyilən körpə canlı uşaq imiş - Video

Dünən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bir videogörüntü paylaşaraq Nizami metrosu tərəfdə narkoman ananın daşın  üzərinə buraxdığı körpə barədə danışmışdı.

Hadisənin geniş marağa səbəb olduğu nəzərə alınaraq DİN tərədindən araşdırma aparıldı və bu gün mətbuata bildirildi ki, görüntülərdəki qadın ruhi xəstədir,  körpə isə əsl uşaq deyil, gəlincikmiş.

Amma az öncə məlum olub ki, qadın da, onun  “gəlincik” deyilən  canlı körpəsi də sığınacağa yerləşdirilib.

“Gəlincik dediyiniz dönüb uşaq olub. Anasıyla da qadın sığınacağına yerləşdirilib. Gedin baxın, görün, həqiqətən uşaqdır, yoxsa kukla kimi uşaq. Bundan sonra sizə kim inanacaq?”,- deyə Kəmalə Ağazadə bildirib.

Qeyd edək ki hazırda ana və uşaq Mehriban Zeynalovanın rəhbərlik etdiyi sığınacaqdadır.

Videonu BU LİNKdən izləyə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »