İsveçin paytaxtı Stokholmun qərbində yerləşən yüksək təhlükəsizlik müəssisəsi “Hallby”-də maraqlı hadisə yaşanıb.
Belə ki, həbsxanadakı İsveçli məhkumlar 2 mühafizəçini girov götürüblər. 9 saat mühafizəçiləri girov saxlayan məhbuslar, girovları buraxmaq üçün pizza tələb ediblər.
Özləri və digər məhbuslar üçün təxminən 20 pizza istəyən məhkumlar, tələbləri yerinə yetirildikdən sonra mühafizəçiləri azad ediblər.
İsveç mətbuatı, girovları xilas etmək üçün pizzaların necə sürətlə bişirildiyi görüntülərini paylaşıb.
Leyla Mirzə, Bizimyol.info






