Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovaya yüksək diplomatik status verilib.
Bizimyol.info Sputnik-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Valdimir Putin onu fövqəladə və səlahiyyətli səfir ranqına layiq görüb.
Mariya Zaxarova 1998-ci ildə Moskva Beynəlxalq Əlaqələr Universitetinin Beynəlxalq İnformasiya və Jurnalsitika fakultəsini bitirib. İngilis və Çin dillərini bilir.Tarix elmləri namizədidir.
2015-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləyir.Azərbaycana qarşı soyuq münasibətilə tanınır.
İlhamə






