Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BŞBPİ-dən avtobusda odlu silahla hərəkət etdiyi iddia edilən şəxslə bağlı açıqlama - Foto

Sosial şəbəkələrdə Bakıda 165 saylı xətt üzrə hərəkət edən avtobusda üzərində odlu silahla hərəkət etdiyi iddia edilən şəxsin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən kimliyi müəyyən olunub.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Somov Ruslan olması müəyyən olunub.

Somov Ruslan Somov Ruslan

Məlumatda vurğulanıb ki, Baş İdarəyə dəvət olunan R. Somovun üzərində daşıdığı əşyanın hər hansı odlu silah yox, balıqçı aləti olması sübuta yetirilib.

Son xəbərlər
Bütün xəbərlər »