Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski dəhşətli təyyarə qəzasından yazdı - Foto
Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda baş verən qəza ilə bağlı həlak olanların yaxınlarına başsağlığı verib.

Bizimyol.info xəbər verir ki, Ukrayna Prezidenti öz rəsmi “Facebook” hesabında bu barədə paylaşım edib:

“Yaxın Şərqdən dəhşətli xəbər. Həlak olan sərnişinlər və ekipaj üzvlərinin yaxınlarına səbr diləyirəm”, - deyə o bildirib.

Zelenski, həmçinin, qeyd edib ki, İranda yerləşən Ukrayna səfirliyi hadisənin təfərrüatını araşdırır. Xarici işlər nazirliyi qəzada həlak olanların siyahısını hazırlayır. Təcili suallarınız üçün + 38 (044) 238 16 16 57 57 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, bu səhər göyərtəsində 180 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »