Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.
Cabbarov CamalSuqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.
Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)






