Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücü öz avtomobilinin altında qalaraq ölüb - Foto

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Bakı-Qazax yolunun 185-ci kilometrliyində, rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1977-ci il təvəllüdlü Astara rayon sakini Bayramov İlham Nail oğlu “Mercedes” markalı iritutumlu yük avtomobilini yolun kənarında saxlayaraq təkərini təmir etmək istəyib. Bu zaman maşına quraşdırdığı qaldırıcı kran açılıb və sürücü avtomobilin altında qalaraq ölüb.

Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report)

Təcili yardım

Təcili yardım

Son xəbərlər
Bütün xəbərlər »