Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda prezidentin atının şərəfinə kənd saldılar - Foto

Türkmənistan dünyanı təəccübləndirməkdə davam edir. İndi də prezident Qurbanqulu Berdıməhəmmədovun atının şərəfinə kənd salıblar.

Bizimyol.info xəbər verir ki, 268 evin tikildiyi yeni kənd Rovaç adlanır. Burada mədəniyyət evi, uşaq bağçası, məktəb və ticarət mərkəzi də salınıb.

Rovaç kəndi, Türkmənistan

Açılışda Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edib. Evlərin hamısı bir-birinə bənzəyir. Yaşıl dam həm də Türkmənistanın rəmzinə işarədir.

Rovaçı prezidentə bu il yanvarın 1-də bağışlamışdılar. Berdıməhəmmədov atına şeir də həsr etmişdi. Aprelin 27-də isə nəvəsi Kərimqulu ilə atın şərəfinə mahnı bəstələmişdi. Prezidentin yaxtalarında biri də “Rovaç” adlanır.

Son xəbərlər
Bütün xəbərlər »