Rumıniyalı müğənni Seya Azərbaycanın millət vəkili olmaq istəyir. Bizimyol.info xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat verib. Belə ki, Milli Məclisin binası qarşısında şəkil çəkdirib paylaşan avropalı müğənni deputat olmaq istədiyini deyib.
“Mən yeni Azərbaycan Parlamentinə daxil olmaq istəyirəm. Siz necə düşünürsüz?” sözlərini yazıb.
Qeyd edək ki, “ Seya Papito” mahnısı ilə populyarlıq qazanıb.
Seyanın paylaşımı gülüş və əsəblə qarşılanıb. Qeyd edək ki, fevralın 9-da keçiriləcək parlament seçkilərində azərbaycanlı müğənnilərdən Faiq Ağayev və Elza Seyidcahan iştirak edəcəklərini desələr də Seyanın arzusu xarici şou biznes nümayənədələrindən gələn ilk istəkdir.
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Asambleyasına deputatı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
İlhamə Rəsulova






