Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Velosipedçinin ayağının fotosu sevənlərini dəhşətə gətirdi - Foto

Sloveniyalı velosipedçi Yanez Braykoviç Xarvatiyada keçirilən velosiped yarışlarından sonra rəsmi instagram hesabında ayağının fotosunu paylaşıb.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı idmançının paylaşdığı foto sevənlərini dəhşətə gətirib. Onun ayağında damar və əzələlər qabararaq üzə çıxıb.

Velosipedçi ayağı

İzləyicilər fotonun altında "sanki fotoşopla düzəldilib" ; "dopinqə bənzəyir" ; "insanın yox, maşının ayağına oxşayır" kimi rəylər yazıb.

Qeyd edək ki, sözügedən yarışda Yanez 38-ci yerdə qərarlaşıb. Yarışın qalibi isə Britaniyalı Adam Yeyts olub.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »