Türkiyəli rəssam Osman Hamdi Beyin 1880-ci ildə hazırladığı “Quran oxuyan qız” əsəri rekord qiymətə satılıb.
Bizimyol.info xəbər verir ki, NTV-nin məlumatına görə, əsər 44 milyon türk lirəsinə (təxminən 13,2 milyon AZN - red.) satılıb.
Əsər Türkiyənin ən bahalı rəsm əsəri olub. Tanınmış rəssamın bundan əvvəl “Tısbağa tərbiyəçisi” 5 milyon türk lirəsinə (təxminən 1,5 milyon AZN - red.), “Yaşıl məscidinin qabağı” əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN - red.) satılıb.
45 ildir bir ailədə saxlanılan əsər, bu dəfə Londonun Bohams muzeyində hərraca çıxarılıb.
Bizimyol.info






